Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-810/2021 12.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, 14 fevral 1996-cü il tarixdə Yevlax rayonu Köbər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri H.Əliyev prospekti 155-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 iyun 2021-ci tarixdə anası Zərərçəkmiş şəxs ilə mübahisə yaranıb, mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirib. Məhkəmə iclasında Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X2 izahatında göstərdi ki, Şəxs 20 iyun 2021-ci tarixdə Zərərçəkmiş şəxs ilə mübahisə yaranıb, mübahisə zamanı Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyərək xəsarət yetirilib. Məhkəmədən Şəxs qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 verdiyi izahatında göstərdi ki, Şəxs onun oğludur. 20 iyun 2021-ci il tarixdə aralarında mübahisə baş vermişdir. Hazırda oğlundan şikayətçi deyil ona qarşı şikayət və tələbi yoxdur. Barışıq ərizəsini məhkəməyə təqdim edərək inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. 20 iyun 2021-ci il tarixdə mübahisə zamanı anasını itələrək ona xəsarət yetirmişdir. Əməlindən peşmandır. Anası ilə arasında anlaşılmazlıq olub. Hazırda anası ilə barışmışdır. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahuş etdi. İşdə olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 14 iyul 2021-ci il tarixli qərardan müəyyən olunur ki, toplanmış HK-1982 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinə verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən inzibati xəta törədən şəxs zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs ilə Zərərçəkmiş şəxs barışdığından belə hesab edir ki, göstərilən maddələrin tələbinə əsasən inzibati xəta törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128- 130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRAR ALDİ İnzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-810/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-810/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver