Məhkəmə qərarları › İş №3(021)-810/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-810/2022

14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-810/2022 14.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə anadan olmuş, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 14 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 14 iyun 2022-ci il tarixdə saat 01:10 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində ünvansız nalayiq ifadələr işlədərək ictimai əsaişi pozmuş, onu nizam inztiama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X5 bildirdi ki, Şəxs 14 iyun 2022-ci il tarixdə saat 01:10 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində ünvansız nəlayiq ifadələr işlədərək ictimai əsaişi pozmuş, ərazidə xidmətdə olan və onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs polis əməkdaşları tərəfindən Şöbəyə gətirilmiş və 14 iyun 2022-ci il tarixdə saat 01:20-də inzibati qaydada tutulmuşdur. Şəxs barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 14 iyun 2022-ci il tarixdə saat 01:10 radələrində Bərdə şəhəri, H.Əliyev prospekti ilə gedərkən X3 halı pis olduğundan onu çağıraraq kömək etməsini xahiş etmiş, Tamam Hüseynovaya su alıb vermiş və sərxoş olduğundan ucadan halını soruşmuşdur. Bu zaman polis əməkdaşı Rüfət Qarayev ona yaxınlaşmış və burada nə gəzirsiz deyə soruşmuşdur. Tamam Hüseynovanın halı pis olduğundan ona köməklik göstərdiyini bildirmiş, polis ona əhəmiyyət verməyərək onu nizam intizama dəvət etmişdir. Polis əməkdaşı Rüfət Qarayevə asaişi pozmadığını Tamam Hüseynovaya halı pis olduğundan kömək məqsədi ilə su verdiyini və halının necə olduğunu soruşduğunu bildirmişdir. Bu zaman polis əməkdaşları onlara əsaişi pozduqlarını bildirib onu və Tamam Hüseynovanı polis şöbəsinə aparmışlar. Həmin vaxt ictimai asaişi pozmamış, polislərə qarşı nəlayiq ifadələr işlətməmiş və tabesizlik göstərməmişdir. Barəsində tərtib edilmiş protokolu əsassız hesab edir və inzibati material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclаsındа şahid qismində ifadə verən Bərdə rayon Polis Şöbəsinin PPXBnün polis nəfəri, polis serjantı X6 göstərdi ki, 14 iyun 2022-ci il tarixdə saat 01:10 radələrində xidmətdə olarkən Şəxs ucadan ünvansız nəlayiq ifadələr işlətdiyini görüb onlara yaxınlaşmış və Yusifə ictimai qaydanı pozmamasını bildirib nizam intizama dəvət etmişdir. Yusif ona tabesizlik göstərdiyindən Yusifi və yanında olan X1 polis şöbəsinə aparmışlar. Yusif içkili olduğundan inzibati qaydada tutulmuşdur. Məhkəmə iclаsındа şahid qismində ifadə verən X3 göstərdi ki, 14 iyun 2022-ci il tarixdə saat 01:10 Bərdə şəhəri, H.Əliyev prospekti ilə gedərkən halı pis olduğundan yaxında olan tanımadığı Şəxs səsləmiş və halının pis olduğunu, ona göməklik etməsini xahiş etmişdir. Yusif su alıb ona vermiş və ucadan halını soruşmuşdur. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq Yusifə ucadan danışmamasını bildirmiş, Yusif içkili olduğundan polis əməkdaşına ucadan danışmadığını bildirmişdir. Bundan sonra polislər onu və Yusifi polis şöbəsinə aparmışlar. Həmin vaxt Yusif ona köməklik etmiş və heç bir qayda pozuntusuna yol verməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilməlidir. İşdə olan 14 iyun 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 iyun 2022-ci il tarixdə saat 01:10 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində ünvansız nəlayiq ifadələr işlədərək ictimai əsaişi pozmuş, onu nizam inztiama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan inzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə 01:20-da inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 14 iyun 2022-ci il tarixdə saat 01:10 radələrində Bərdə şəhəri, H.Əliyev prospekti ilə gedərkən X3 halı pis olduğundan onu çağıraraq kömək etməsini xahiş etmiş, X9 su alıb vermiş və sərxoş olduğundan ucadan halını soruşmuşdur. Bu zaman polis əməkdaşı X12 yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. X8 halı pis olduğundan ona könəklik göstərdiyini bildirmiş, bu zaman polis əməkdşları Yusifə əhəmiyyət verməyərək asaişi pozduqları barədə irad tutub onları polis şöbəsinə aprmışlar. Barəsində protokol tərətib edilmiş Şəxs və şahid Tamam Hüseynovanın ifadələri ilə müəyyən edilir ki, həmin vaxt Şəxs tərəfindən ictimai əsaiş pozulmamış, polislərə qarşı nəlayiq ifadələr işlədilməmiş və tabesizlik göstərilməmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə səbəb olan əmələ (hərəkət və ya hərəkətsizlik) yol verməsi müəyyən edilmir. Azərbaycan Respublikası İXM-in (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar