Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-810/2023 15.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra:- İXM-in) 529.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün Ağcabədi rayon Məhkəmsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Quliyev X1 rayonu, Qiyamadınlı kəndində qeydiyyatdadır və yaşayır. Bundan başqa materiala əlavə edilmiş müşayət məktubundan görünür ki, material baxılması üçün Ağcabədi rayon Məhkəmsinə ünvanlanmış, lakin səhvən Bərdə rayon Məhkəməsinə daxil olmuşdur. İXM-nin 110.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-nin 106.0.-cı maddəsinə əsasən hakim, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səsəlahiyyətinə iad olub-olmamasını (maddə 106.0.1.) həll etməlidir. İXM-nin 109.1.7.-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material ərazi aidiyyəti üzrə baxılması üçün onun qeydiyyatda olduğu və yaşayış yeri üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material üzrə iş aidiyyəti üzrə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-810/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-810/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver