Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-810/2024 05.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X7 iclas katibliyi, Bərdə rayon RPŞ-nin İTB-nin polis sahə rəisi X5, Bərdə rayon Yol Patrul Xidməti inspektoru polis kapitanı X3, Zərərçəkmiş şəxslər X8, X6 və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi X9 iştirakları ilə, xx.xx.19 barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 333.2-cü maddələri ilə olan inzibati xəta haqqında materiallara Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İş materiallarından görünür ki, Bərdə rayon X14 Təhlükəsizlik Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 04 avqust 2024-cü il tarixdə Bərdə rayonu Divanlı dairəsi adlanan ərazidə xırda xuliqanlıq hərəkətlərinə yol vermiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan başqa, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs eyni əməli 05 avqust 2024-cü il tarixdə Vaz 21074 Minik markalı ** FK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş Bərdə rayon X21 inspektoru polis kapitanı X10 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə gecə saat 00:30 radələrində Bərdə rayonu Divanlı kəndində yerləşən Divanlı dairəsi adlanan ərazidə Bərdə RPŞ-nin PPXB-nin manqa komandiri, polis serjantı Aslan Şükürlü ilə Bərdə RPŞ-nin PPXB-nin Tağım komandiri, polis kiçik leytenantı X12 ilə birlikdə xidmətdə olan zaman Şəxs idarə etdiyi VAZ 2107 markalı avtomobillə ziqzaqvari hərəkətlər edərək onların üzərlərinə doğru sürüb, sonra isə avtomobilini sürüb qaçmağa çalışmışdır. Həmin vaxtı onlar Bərdə RPŞ-nin YPXB-nin əməkdaşlarına məlumat vermişlər. Polis əməkdaşları Şəxs Bərdə rayonu Divanlı kəndinin giriş hissəsində saxlamışlar. Bundan sonra polis əməkdaşları özlərini təqdim edən zaman Şəxs spirtli içki qəbul etdiyi bilmişlər. Adları qeyd olunan polis əməkdaşları Şəxs polis şöbəsinə getməsi və sərxoşluq müayinəsindən keçməsini bildirmişlər. Lakin Şəxs polis əməkdaşlarına nalayiq ifadələr işlədərək səs-küy salıb əl-qol hərəkətləri etməyə başlayıb. Həmin vaxtı Şəxs sərxoş olduğundan öz əlini və baş nahiyyəsini avtomobilə vuraraq ucadan səs-küy salmağa çalışmışdır. Hadisə yerində olan polis əməkdaşları Şəxs Bərdə Rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində olan zaman Şəxs sərxoşluq müayyinəsindən keçirilmişdir. Ona görə də, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə gecə saat 00:30 radələrində Bərdə rayonu Divanlı kəndində yerləşən Divanlı dairəsi adlanan ərazidə Bərdə RPŞ-nin PPXB-nin manqa komandiri, polis serjantı Aslan Şükürlü ilə xidmətdə olan zaman VAZ 2107 markalı avtomobilin ziqzaqvari hərəkətlər edərək onların üzərinə avtomobilini sürərək həmin yerdən uzaqlaşdı. Onlar həmin avtomobilin Bərdə rayonu, Divanlı kəndində Bərdə RPŞ-nin YPXB-nin inspektorları, polis baş serjantları Şöhrət Slüymanov, Orxan Əliyev və Elnur Quliyev ilə birgə saxlayaraq həmin şəxsə yaxınlaşıb özülərini təqdim edib və bədən nahiyyəsində gözə görsənən xəsarətləri olduğunu görərək səbəbini soruşduqda Şəxs yıxalaraq xəsarət aldığını bildirdi. Həmin vaxtı Şəxs ağır dərəcədə sərxoş vəziyyətdə avtomobili idarə etdiyini müəyyən etdik. Şəxs uca səslə polisin ünvanına nalayiq ifadələr işlətməyə başladı. Onlar həmin şəxsi nizam-intizama dəvət etsəkdə, o, onların qanuni tələblərinə tabe olmayaraq onlara əl qol hərəkətləri edərək həmin ərazidən uzaqlaşmağa cəhd göstərdi. Onlar onu saxlayıb Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. Şəxs polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətdiyi üçün onun barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 və X4 izahat verib bildirdilər ki, X1 təsdiq edirlər. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində xidmətdə olarkən Bərdə rayon Divanlı kəndində yerləşən Divanlı dairəsi adlanan ərazidə onlar avtomobillə hərəkət edərkən Şəxs idarə etdiyi VAZ 2107 markalı avtomobillə ziqzaqvari hərəkətlər edərək onlara tərəf sürüb və qaçdı. Onlar onu Bərdə RPŞ-nin YPXB-nin əməkdaşları ilə birlikdə Bərdə rayonu Divanlı kəndində saxlatmışlar. Həmin vaxt avtomobllərin içindən düşdüyündən Şəxs üzərində qan izləri olduğunu görmüşlər. Onlar ondan nə baş verdiyini soruşmuşlar. O, isə ona və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişlər. Şəxs ayaq üstə normal dəyana bilmirdi. Onlar onu polis şöbəsinə getməsi barədə dəvət etmişlər. Şəxs isə uca səsdən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək əl-qol hərəkətləri etməyə başladı. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o Bərdə rayonunda avtovağzalda taksi fəaliyyətilə məşğuldur. Avtovağzaldan çıxıb yaşadığı evə tərəf gedən zaman yaşadığı Bərdə rayonu Divanlı kəndində, evinin yanında polis əməkdaşları onu saxlatdılar. O avtomobildən düşmədən nə baş verdiyini soruşan zaman ona avtomobildən düşməyini bildirdilər. Onun sərxoş olduğunu deyib, onu dartıb avtomobildən aşağı saldılar. Bu zaman onun polis əməkdaşları ilə mübahisəsi yarandı. Səs-küyə qonşulardan çıxan oldu. Onu polis avtomobilinə qoyub Bərdə Rayon Polis Şöbəsinə apardılar. Polis şöbəsində olan zaman onu döyməyə başladılar. O heç bir sərxoşluq müayinəsindən keçirtmədən sərxoş olduğunu bildirdilər. Ona görə də, o özünü təqsirli bilmir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 05 avqust 2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 04 avqust 2024-cü il tarixdə Bərdə rayonu Divanlı dairəsi adlanan ərazidə xırda xuliqanlıq hərəkətlərinə yol vermiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır İş materiallarında olan inzibati qaydada tutma protokoluna əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:50-də tutulmuşdur. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 05 avqust 2024-cü il tarixli, № 1014 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, Şəxs hadisə baş verən zaman ağır dərəcə alkoqol sərxoşluq vəziyyətində olmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi işin halları, izahatlar, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 05 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, İXP ******* saylı 05 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək, belə qənaətə gəlir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 333.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəblə də o, inzibati qaydada məsuliyyətə cəlb edilməlidir.. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 333.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi protokol tərtib etmiş polis əməkdaşlarının və zərərçəkmiş şəxslərin izahatları, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Şəxs 05 avqust 2024-cü il tarixdə Vaz 21074 Minik markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş idarə etmiş, beləliklə də, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə həbs, İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin tərkibi olduğundan, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhdudlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Məhkəmə qeyd edir ki, Şəxs əvvəllər də 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması və həmin əməli il ərzində təkrar törətməsi, eyni zamanda İXM-nin 510 və 535-ci maddələri ilə pozuntulara yol verməsi onun islaholunmazlığını müəyyən edir. Bu səbəbdən məhkəmə hesab edir ki, onun barəsində görüləcək inzibati məsuliyyət tədbirləri sərt xarakter daşımaqla islahedici yönümlüdür. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36, 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ:
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 333.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində İXM-nin 535.1 və 332.2-ci maddələri ilə 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmaqla barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin.
2. İnzibati həbs etmənin əvvəli 05 avqust 2024-cü il tarixdən saat 00:50-dən hesablansın.
3. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası DİN-in BDYPİnin Yevlax 7 saylı RQİŞ-yə həvalə edilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ziya Abdullayev