Məhkəmə qərarları › İş №3(021)-811/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-811/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-811/2021 12.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bərdə rayon Balaqəcər kəndində anadan olmuş, Bərdə rayon Balaqəcər kəndində yaşayan Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı protokoldan müəyyən olunur ki, Şəxs X3 qarşı xuliqanlıq əməli törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu bildirdi ki, o, X3 qarşı xuliqanlıq hərəkəti etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, Şəxs onun üzərinə hücum etmiş və ona nalayiq söyüşlər söymüşdür. Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi inzibati xəta törətməsi barədə tərtib olunmuş protokollar, Bərdə RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarı və həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. İşdə olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 29.07.2021-ci il tarixli qərardan görünür ki, toplanmış HK- 1/2416 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs oğlunun əməlindən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs oğlunun barəsində inzibati tənbeh hesab edilən cərimə tətbiq edilməlidir. Şəxs oğluna inzibati cərimə tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs oğlunun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, onun əməlindən səmimi peşiman olmasını nəzərə almaqla hesab edir ki, ona Azərbaycan Respublikası İXM- nın 510- cu maddəsində nəzərdə tutulan inzibati cərimə tənbehi verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, QƏRAR VERDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində 100 (bir yüz) manat inzibati tənbeh- cərimə tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, zərəçəkmiş şəxsə və Bərdə rayon Polis Şöbəsinə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar