Məhkəmə qərarları › İş №3(021)-811/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-811/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-811/2024 05.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, Bərdə Rayon Polis X1 Bölməsindən daxil olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar 510, 535.1, 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, M ü ə y y ə n e t d i m: Bərdə Rayon Polis X1 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 04 avqust 2024-cü il tarixdə Bərdə rayonu Divanlı dairəsi adlanan ərazidə xırda xuliqanlıq hərəkətlərinə yol vermiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan başqa, İXP ******* saylı inzibati xəta haqqında protokol Şəxs 05 avqust 2024-cü il tarixdə Vaz 21074 Minik markalı ** FK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişir. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106-109-ci maddələrini rəhbər tutaraq, Q ə r a r v e r d i m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 510, 535.1, 333.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-810/2024 saylı, 3(021)- 811/2024 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 05 avqust 2024-cü il tarixdə saat 14:40-da Bərdə Rayon Məhkəməsinin inzibati binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş dövlət orqanının nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın. Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar