Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-813/2021 13.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X8 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X19 oğlunun, zərərçəkmiş şəxs Əsədov Şahmalı Vəlyəddin oğlunun iştirаkları ilə, 15.08.1988-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhər Şorəlli kəndində qeydiyyatda olmaqla yaşayan X19 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1 və 342.4-cü maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X19 oğlu İXM-in 327.1 və 342.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində 03 avqust 2021-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, X19 oğlu 01.08.2021-ci il tarixdə, saat 15:30 radələrində Bərdə rayon Güloğlular kəndi ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan VAZ 2107 minik markalı, ** BC *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil idarə edərkən yolu dönmək istəyən Mercedes Benz–C220 minik markalı ** BK *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisəyə səbəb həmin avtomobilin ötmə qaydasını pozması olmuşdur. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X19 oğlu törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əməlinin məsuliyyətini dərk edir və etdiyi əməldən peşmandır. Məhkəmə iclаsındа zərərçəkmiş şəxs Əsədov Şahmalı Vəlyəddin oğlu qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə Bərdə rayon Polis Şöbəsinə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Bərdə rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, X19 oğlu İXM-in 327.1 və 342.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Azərbaycan Respublikası DİN-nin Bərdə rayonu Yol-Patrul Xidmətinin baş inspektoru X11 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli 03.08.2021-ci il tarixli protokolda göstərilmişdir ki, X19 oğlu 01.08.2021-ci il tarixdə, saat 15:30 radələrində Bərdə rayon Güloğlular kəndi ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan VAZ 2107 minik markalı, ** BC *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil idarə edərkən yolu dönmək istəyən Mercedes Benz–C220 minik markalı ** BK *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisəyə səbəb həmin avtomobilin ötmə qaydasını pozması olmuşdur. Yol-nəqliyyat hadisəsinin sxemindən müəyyən edilir ki, VAZ 2107 minik markalı, ** BC *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatını pozaraq yolu dönmək istəyən Mercedes markalı, ** BK *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində VAZ 2107 minik markalı, ** BC *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin qabaq, sağ yan hissəsi , Mercedes Benz–C220 minik markalı ** BK *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin qabaq sol yan hissəsi əzilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 01.08.2021-ci il tarixli, 998 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, hadisə baş verən zaman X19 oğlunda sərxoşluq əlaməti olmamış, ayıq vəziyyətdə olmuşdur. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 01.08.2021-ci il tarixli, 997 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, hadisə baş verən zaman Əsədov Şahmalı Vəlyəddin oğlunda sərxoşluq əlaməti olmamış, ayıq vəziyyətdə olmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş Əsədov Şahmalı Vəlyəddin oğluna məxsus AE ******* sayli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə “B” kateqoriyalı olmuşdur. İnzibati işin materiallarına əlavə olunmuş AB seriyalı 868598 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz–C220 minik markalı, ** BK *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil Əsədov Şahmalı Vəlyəddin oğlunun adına qeydiyyatdadır. İnzibati işin materiallarına əlavə olunmuş AA seriyalı 336048 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Vaz 2107 minik markalı, ** BC *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil X20 oğlunun adına qeydiyyatdadır. İnzibati işin materiallarına əlavə olunmuş ƏN-Vİİ № 290724 saylı Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamədən görünür ki, Vaz 2107 minik markalı, ** BC *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil X13 etibar olunmuşdur. 02.08.2021—ci il tarixli İlkin qiymətləndirmə Aktından görünür ki, Əsədov Şahmalı Vəlyəddin oğlunun mülkiyyətində olan Mercedes Benz–C220 minik markalı, ** BK *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin ümumi dəyəri 1435 manat təşkil edir. Məhkəmə hesаb edir ki, inzibаti xətа törətmiş şəxs X14 İXM-in 327.1 və 332.4-cü mаddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Azərbaycan Respublikası İXM-in 327.1- ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, X19 oğlu 01.08.2021-ci il tarixdə, saat 15:30 radələrində Bərdə rayon Güloğlular kəndi ərazisində VAZ 2107 minik markalı, ** BC *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil idarə edərkən yolu dönmək istəyən Mercedes Benz–C220 minik markalı ** BK *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisəyə səbəb həmin avtomobilin ötmə qaydasını pozması olmuşdur. Həmçinin X19 oğlu avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Bundan sonra onun barəsində İXM-in 327.1 və 332.4-cü maddələri ilə İXP ******* nömrəli 03.08.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol iş materialları ilə birlikdə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, X19 oğlunun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və X19 oğlu oğlu törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün X19 oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. X19 oğluna inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X9 əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. X19 oğlunun məsuliyyətini ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X14 həmin maddələr ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Məhkəmə X13 inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: X19 oğlu oğlu İXM-in 327.1 və 342.4-cü mаddələri ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. ədrlik edən: imzа vаr Əsli ilə d
Məhkəmə qərarları › İş №3(021)-813/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-813/2021
13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver