Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-813/2022 18.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin nümayəndəsi X5 oğlunun, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci il tarixdə anadan olmuş, Bərdə rayonu Zümürxan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində (bundan sonra Bərdə RPŞ) 18 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Bundan başqa Göygöl rayon Polis Şöbəsi tərəfindən axtarışa verilmiş X10 xx.xx.2022-ci il tarixdə yaşadığı Bərdə rayonu Zümürxan kəndində yerləşən evlərinin qarşısında saxlanılaraq polis şöbəsinə dəvət olunarkən, Amil Məmmədovun qardaşı Şəxs xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin nümayəndəsi X5 ifadə verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Şəxs heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs döymüşdür. Bundan başqa Göygöl rayon Polis Şöbəsi tərəfindən axtarışa verilmiş X10 xx.xx.2022-ci il tarixdə yaşadığı Bərdə rayonu Zümrxan kəndində yerləşən evlərinin qarşısında saxlanılaraq polis şöbəsinə dəvət olunarkən, Amil Məmmədovun qardaşı Şəxs xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək onları təhqir etmiş, onu nizam inztizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onun barsəində protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə gətirmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadıqları Bərdə rayonu Zümürxan kəndində olduqları vaxt, qardaşı X10 ilə Zərərçəkmiş şəxs mübahisə etdiyini görmüş və Zərərçəkmiş şəxs bir dəfə yumruqla vurmuşdur. Bundan başqa xx.xx.2022-ci il tarixdə qardaşı X4 yaşadıqları Bərdə rayonu Zümrxan kəndində yerləşən evdən polis əməkdaşları Bərdə rayon şöbəsinə apararkən polislərə qarşı nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Namiqdən üzr istəyir, səhvini başa düşür və əməllərindən peşmandır. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil çıxışında bildirdi ki, vəkili olduğu şəxs Şəxs törətdiyi əməllərdən peşmandır. Hazırda Şəxs Zərərçəkmiş şəxs üzr istəmişdir. Odur ki, Şəxs törətdiyi əməllərdən peşman olmasının nəzərə alınmasını xahiş edi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X11 və Şəxs həmkəndlisidir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində X11 evinin qarşısına gələrək onun danasını oğurlamadığını bildirmişdir. Amil ilə söhbət edərkən Amilin qardaşı Aqil qəflətən onun sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Yüngül xəsarət almışdır. Buna görə də Aqildən polis şöbəsinə şikayət etmişdir. Hazırda Aqil ilə barışmamışdır və onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 535.1 və 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Şəxs Zərərçəkmiş şəxs döyərək ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Bundan başqa Göygöl rayon Polis Şöbəsi tərəfindən axtarışa verilmiş X10 xx.xx.2022-ci il tarixdə yaşadığı Bərdə rayonu Zümrxan kəndində yerləşən evlərinin qarşısında saxlanılaraq polis şöbəsinə dəvət olunarkən, Amil Məmmədovun qardaşı Şəxs xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək onların qanuni tələblərini yerinə yetirməmişdir. Bərdə RPŞ TB-nin təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş 18 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxsnın müraciəti ərizəsi əsasında toplanmış HK-1/1731 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində cinayət tərkibi olmadığından İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərardan həmçinin görünür ki, Barda rayon MTE ve PA şöbesinin verdiyi xx.xx.2022-ci il tarixli 281 No-li rəyində göstərilmişdir ki, X2 mahkeme tibbi müayinəsi zamanı aşkar edilmiş xəsaretler-sağ gözətrafı nahiyanin qançırı ve siyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir ve dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından sübutlar qiymətləndirilərək barəsində xx.xx.2022-ci il tarixə Bərdə RPŞ-də İXM-in 535.1 və 157-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 157 və 535.1-ci maddələri ilə təqsirli bilinib, bаrəsində 15 (on beş) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilsin. Həbs etmənin əvvəli 18 iyun 2022-ci il tаrixdən, sааt 08:00-dan hesablansın. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, zərərçəkmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-813/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-813/2022
18.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver