Məhkəmə qərarları › İş №3(021)-814/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-814/2022

18.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-814/2022 18.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1955-ci ildə anadan olmuş, Bərdə şəhəri, Səttərxan küçəsi ev 27-də qeydiyyatda olub yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 18 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 17 iyun 2022-ci il tarixdə saat 22:50 radələrində Bərdə şəhəri Bakı küçəsində ucadan ünvansız nəlayiq ifadələr işlədərək ictima qaydanın pozulmasına səbəb olacaq hərəkətlər yol verdiyindən onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və onları nəlayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X4 bildirdi ki, Şəxs 17 iyun 2022-ci il tarixdə saat 22:50 radələrində içkili halda Bərdə şəhəri Bakı küçəsində ucadan ünvansız nəlayiq ifadələr işlədərək ictima qaydanın pozulmasına səbəb olacaq hərəkətlər yol verdiyindən onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və onları nəlayiq ifadələrlə təhqir etmişdir. Buna görə də Şəxs polis əməkdaşları tərəfindən şöbəyə gətirilmiş və 17 iyun 2022-ci il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 17 iyun 2022-ci il tarixdə saat 22:50 radələrində Bərdə şəhəri Bakı küçəsində kafedə olarkən içki içmiş və telefonla danışarkən ünvansız nəlayiq ifadələr işlətmişdr. Sonra tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq onunla bağlı şübhəli məsələ olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının qanuni tələbinə riayət edərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Bundan sonra polis tərəfindən tutulmuşdur. Polis əməkdaşlarına qarşı heç bir qanunazid hərəkətlərə yol verməmişdir. Kafedə ünvansız nəlayiq ifadələr işlətdiyi üçün əməlindən peşmandır və nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında X3 iş üzrə şahid qismində ifadə verərək bildirdi ki, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri işləyir. 17 iyun 2022-ci il tarixdə saat 22:50 radələrində Bərdə rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri Elvin Allahverdiyev ilə Bərdə şəhəri, Bakı küçəsində xidmətdə olarkən Şəxs telefonla danışarkən ünvansız nəlayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşdıq və onun sakitliyə riayət etməsini xahiş etmişlər. Şəxs içkili olduğundan onu polis şöbəsinə dəvət edərək qolundan tutub polisin xidməti avtomobilinə əyləşdirib polis şöbəsinə gətirmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsindən 510-cu maddəsinə tövsüf olunmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı və iş üzrə toplanmış sübutlarla Şəxs İXM-nin 510-cu maddəsinə nəzrdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İşdə olan 18 iyun 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 iyun 2022-ci il tarixdə saat 22:50 radələrində Bərdə şəhəri Bakı küçəsində ucadan ünvansız nəlayiq ifadələr işlədərək ictima qaydanın pozulmasına səbəb olacaq hərəkətlər yol vermişdir. İşdə olan inzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə 23:00-da inzibati qaydada tutulmuşdur. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 17 iyun 2022-ci il tarixli, 8413 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:50 radələrində orta dərəcəli sərxoş olmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində 100 (bir yüz) manat inzibati tənbeh- cərimə tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə və Bərdə rayon Polis Şöbəsinə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar