Məhkəmə qərarları › İş №3(021)-815/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-815/2022

19.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-815/2022 19.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə xx.xx.1973-cü ildə Bərdə rayonu Şorəlli kəndində anadan olmuş, işləməyən, evli, Bərdə rayonu, Şorəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 16 iyun 2022-ci ildə Bərdə rayonu Divanlı kəndi ərazisində yerləşən X1 Bərdə rayon bölməsində içkili vəziyyətdə səsküy salaraq X4na qarşı nalayiq ifadələr işlətmişdir. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs ifadə verərək göstərmişdir ki, 16 iyun 2022-ci ildə özünə məxsus Mercedess markalı avtomobili X1 Bərdə rayon bölməsinin qarşısında saxlayaraq yeməkxanaya getmişdir. Yeyib-içdikdən sonra avtomobilinin yanına qayıdaraq sürüb getmək istəmişdir. Həmin vaxt avtomobilinin arxa tərəfindən başqa bir maşın dayandığından çıxa bilməmiş və həmin avtomobilin sahibini axtarmağa başlamışdır. Avtomobilin sahibinin X1 Bərdə rayon bölməsinin əməkdaşı olduğunu bilib binaya daxil olmuş və əsəbi olduğundan səs-küy salaraq avtomobilin sahibi Əli Saxıdovun ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. X3 barışmışdır. Səhvini başa düşür və tutduğu əməldən peşimandır. Zərərçəkmiş şəxslə barışmasını, qardaşının şəhid, oğlunun isə qazi olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərmişdir ki, X1 Bərdə rayon bölməsində sektor müdiri işləyir. xx.xx.2022-ci ildə işə gəlmiş və müdürü tərəfindən verilmiş tapşırıqları yerinə yetirməklə məşğul olmuşdur. Həmin vaxt Şəxs yanına gələrək avtomobilini onun avtomobilinin arxasında saxladığını, avtomobili çıxarmaq istədiyini bildirmişdir. Sonuncuya 2 dəqiqəyə gələcəyini demişdir. Həmin vaxt Şəxs əsəbi halda onun ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Orada olan əməkdaşlar onu sakitləşdirərək binadan çıxarmışlar. Hazırda Şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, zərərçəkmiş şəxsi dindirib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, habelə inzibati xəta haqqında 18 iyun 2022-ci il tarixli MN ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 510-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 921 saylı 18 iyun 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Şəxs 18 iyun 2022-ci il tarixdə saat 1730-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs 18 iyun 2022-ci il tarixdən saat 1730-dan inzibati qaydada tutulmasını nəzərə alaraq Şəxs təyin edilən cərimə cəzasının yüngülləşdirilməsini əsaslı hesab etmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 510, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 50(əli) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar