Məhkəmə qərarları › İş №3(021)-817/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-817/2021

16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-817/2021 16.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1989-cu ildə Bərdə rayonu Soğanverdilər kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayın 13-cü taqımından daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 23 iyun 2021-ci il tarixdə saat 12:00 radələrində Borsunlu-Tərtər-Hindarx yolunun 70-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi Mercedes-Benz markalı **- SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs təqsirindən baş vermiş, hadisə nəticəsində zərərçəkmiş şəxslər X4 və X2 sağlamlıqlarına yüngül zərər vurulmuş, habelə X5 və X3 əmlaklarına maddi ziyan vurmuşdur. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs ifadə verərək göstərmişdir ki, Mercedes-Benz E270 markalı 99 SY-133 dövlət qeydiyyat nişanlı avtomobil onun atasına məxsusdur, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi almamışdır. 23 iyun 2021-ci il tarixdə günorta saatlarında qardaşı Əlikramla birlikdə Bərdə rayonu, Şahvəllər kəndindən çıxıb yaşadığı Bərdə rayonu, Soğanverdilər kəndinə qayıtmışdır. Həmin vaxt avtomobildə ikisi olmuşlar. Avtomobili özü idarə etmişdir. Saat təxminən 12:00 radələrində Borsunlu-Tərtər-Hindarx yolunun Tərtər rayonu istiqamətində yolun sağ zolağı ilə saatda 100 km.saat sürətdən yuxarı sürətlə hərəkətdə olmuşdur. Yolun döngəli hissəsini keçəndə qarşıdan gələn traktor onun yoluna çıxmış, avtomobili sağa çəkmək istəmiş, lakin sağda dərə olduğunu görüb sağa verə bilməmişdir. Bu səbəbdən öz yolunda avtomobil traktorla toqquşmuş, bundan sonra huşunu itirdiyindən baş verənləri xatırlamır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinin YNH-nə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi X6 cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 iyul 2021-ci il tarixli qərarndan müəyyən olunur ki, HK-514 nömrəli ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmiş. Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və qərarın surəti inzibati tənbeh tədbirinin görülməsindən ötrü BDYPİ-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinin YNH-nə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 iyul 2021-ci il tarixli qərarı, habelə inzibati xəta haqqında 23 iyun 2021-ci il tarixli İXP ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əməlindən peşimançılıq hissi keçirməsini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 332.4cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarından ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400(dörd yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Cərimə Baş Dövlət Yol Polisi İdarəsi, VÖEN **********, 1 saylı Xəzinədarlıq idarəsi, VÖEN **********, ABB Mərkəzi filialı, VÖEN **********, kod 805722, müxbir hesab **********944, SWİFT Bik İBAZAZ2X, H/H ******************** hesabına ödənilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişdən azad edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar