Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-82/2023 18.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Bərdə rayon Gərənə kəndində anadan olmuş, Bərdə rayon Gərənə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X5 izahatında göstərdi ki, Bərdə rayonu, Gǝrǝnə kəndində yaşayan Zərərçəkmiş şəxs1 özünün və qızı Zərərçəkmiş şəxs2 döyülməsi barədə məlumat verməsi əsasında toplanmış HK-1/2597, 2598 nömrəli material üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, X3 əməlində cinayət tərkibi yoxdur, lakin xx.xx.2022-ci il tarixdə Bərdə rayon Gǝrǝnə kəndi ərazisində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 döyərək onlara dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdirlər. Buna görə də tərəfindən protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, ailə münaqişəsi zəminində mübahisə baş vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verdiyi izahatında göstərdi ki, əri Hidayət xəstə olduğu üçün xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, Hidayətə təcili yardım çağırmışdır. Təcili yardım Hidayətin tempuraturunun olduğunu deyib ona bir az dərman vermişlər. Bu zaman Hidayətin gəlini Sevda, Ədibə, birinci ailəsindən olan övladları Aynurə, Bilurə, Saday və Xudayar həmçinin onun öz gəlini Səbinə onun yanına gəlmişlər onlar hasardan həyətə daxil olan zaman birinci olaraq Xudayarla Saday onu kənara itələyib Hidayətin yatdığı çarpayıya getmişlər. Onlar carpayını və Hidayəti aparmaq istəyirmişlər. Bu zaman o, onlara mane olmaq istəmişdir. Həmin vaxt ilk Sevda onun saçından tutub yerə yıxmış, bundan sonra Ədibə Aynurə və Bilurǝ onun saçından tutaraq onu yerə yıxıb xəsarət yetirmişlər. Həmin vaxt onu onlar yerdə sürüməklə bədəninə çoxsaylı xəsarətlər yetirmişlər. Həmçinin Sevda, Ədibə, Səbinə, Aynurə, Bilurǝ onu döymüş, Saday və Xudayar isə onu itələmişdir Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verdiyi izahatında göstərdi ki, anası Serbiya 12 il əvvəl Bərdə rayon Gərənə kənd sakini X4 ilə ailə qurmuşdur. O, xx.xx.2022-ci il tarixdə Gərənə kəndinə gəlmiş və Hidayətin xəstə olduğunu görmüşdür. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində anası Serbiyanın yaşadığı evdə olan zaman Hidayətin birinci həyat yoldaşından olan övladları Ədibə və Aynurə onu döyməyə başlamışdır. Hazırda Şəxs ilə barışmamışdır. Məhkəmədən Şəxs qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsinə əsasən təqsirli hesab edilməli, İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 25 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkib əlaməti olmadığından cinayət işi başlanılması rədd edilmiş, əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlaməti olduğundan toplanmış material Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Həmçinin həmin qərardan görünür ki, MTE ve PA" ETT Birliyinin Bərdə r/a zona mərkəzinin xx.xx.2022-ci il tarixli 472 nömrəli rəyindən görünür ki, vət: Zərərçəkmiş şəxs2 bədəni üzərindən məhkəmə-tibb müayinəsi zamanı hər hansı bir xəsarət aşkar edilməmişdir. "MTE ve PA" ETT Birliyinin Bərdə r/a zona mərkəzinin xx.xx.2022-ci il tarixli 473 nömrəli rəyindən görünür ki, vət: Zərərçəkmiş şəxs1 bədəni üzərindən məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-başın təpə nahiyəsinin sıyrığı, sağ körpücükaltı, sol kürək, döş qəfəsi, sol bud-çanaq oynağı nahiyələrinin qançırları küt əşyanın təsirindən törənmişdir, müddəti xx.xx.2022-ci il tarixdə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Lakin məhkəmə hesab edir ki, hazırki iş üzrə icraat xitam verilməlidir. Belə ki, İnzibati işin materiallarından görünür ki, hadisə xx.xx.2022-ci il taixdə baş vermiş, 25.09 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərar ilə Şəxs əməlində cinayət tərkib əlaməti olmadığından cinayət işi başlanılması rədd edilmiş, əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlaməti olduğundan toplanmış material Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinə göndərilmiş, Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023 -cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq xx.xx.2023-cüil tarixdə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi hadisənin baş verməsində 6 ay, “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarın qəbul edilməsindən 03 aydan artıq müddət keçdikdən sonra inzibati xəta haqqında materialı Polis şöbəsi məhkəməyə göndərmiş, bununla da müddətin ötürülməsinə zəruri şərait yaranmasına səbəb olmuşdur. Belə olan halda İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçmiş olur. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-nin 53.0.6-cı maddəsinə əsasən- bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinməli, “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarın qəbul edilməsindən 03 aydan artıq vaxt keçdiyindən barəsində başlanmış inzibati material üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 38, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinsin və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata müddətin keçməsi ilə əlaqədar xitam verilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-82/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-82/2023
18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver