Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-82/2025 13.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, Bərdə rayon Polis Şöbəsinin DYPB-nin yolpatrul xidməti inspektoru X2, barəsində X9 iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X3 iştirakları ilə, xx xxxxxxx 2004-cü il tarixdə ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə olan X9 materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 13 fevral 2025-ci il tarixli İXP ******* saylı X9 protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin DYPB-nin yolpatrul xidməti inspektoru X4 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 17.00 radələrində Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobil idarə edərək nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə inzibati xəta törətmişdir. Buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tələblərinə əsasən X9 protokol tərtib edilmişdir. Məhkəmədən qanuna müvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində X9 icraat aparılan Şəxs izahatında göstərdi ki, dostunun övladının toy karvanında avtomobillə bir neçə dəfə təhlükəli manevrlər etmişdir. Bu hərəkəti ilə digər hərəkət iştirakçılarına təhlükə yaratmışdır. Əməlindən çox peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs müdafiəçisi müdafiəçisi X1 Azər Arif oğlunun şəhid ailəsi üzvü olduğunu, əməlindən peşman olduğunun nəzərə alınmasını xahiş etdi. İnzibati işin materiallarına istinad: 13 fevral 2025-ci il tarixli İXP ******* nömrəli X9 Protokoldan görünür ki, Şəxs Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Bərdə rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsinin, barəsində inzibati icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xətanın törədilməsinin əks olunduğu video görüntü, habelə X9 13 fevral 2025-ci il tarixli İXP ******* nömrəli protokolla sübuta yetirilir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə baxış keçirilərkən video görüntüdən görünür ki, barəsində X9 protokol tərtib edilmiş şəxs Şəxs bir neçə dəfə avtomobili ilə təhlükəli manevlər edərək, digər hərəkət iştirakçılarına təhlükə yaradır. Azrbaycan Respublikası İXM-in:
21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X9 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, X9 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində X9 iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, şəhid ailəsi üzvü olduğunu məsuliyyətini yüngülləşdirən hal hesab edir və Şəxs məsuliyyətini ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Məhkəmə Şəxs hansı həddə tənbeh tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, onun barəsində təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. Belə olan halda, Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmalaq 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 360,362-365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARALDİ
İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmalaq 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib edən şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rayon İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Bayram Məhərrəmov