Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-820/2021 17.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X7, X1, Barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqıda materiala baxaraq məhkəmə, M ü ə y yə n e t d i: Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-1432/2021 saylı, 09 iyul 2021ci il tarixli icra sənədinə əsasən X8 2 azyaşlı uşağın X5 ilə hər həftənin şənbə günü görüşmələrinə mane olmuş bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X14 izahat verərək bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1432/2021 saylı, 09 iyul 2021-ci il tarixli icra sənədinə əsasən X8 2 azyaşlı uşağın X5 ilə hər həftənin şənbə günü görüşmələrinə mane olmuşdur. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X4 izahat verib bildirdi ki, uşaqlar Şəxs himayəsinə verilib, 5 aydı uşaqları görə bilmir. Şəxs onun uşaqlarla görüşməsi üçün şərait yaratmır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, X4 uşaqlarnan hər həftənin şənbə günü saat 11:00-dan 15:00-a kimi görüşüb ünsiyyətdə olmaq istəyir, lakin o hərbiçi olduğundan onların vaxtı-vaxtında ünsiyyətdə olmağını təmin edə bilmir. Məhkəmə iclasında Şəxs müdafiəçisi X6 bildirdi ki, Şəxs hərbiçi olduğundan görüş vaxtı dəqiq təyin oluna bilmir. Şəxs uşaqları göstərməkdən boyun qaçırmır. Məhkəmə proses iştiraçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, Şəxs hərbiçi olduğundan material baxılması üçün Tərtər Rayon Hərbi Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, barəsində inzibati icraat aparılan Şəxs müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində “hərbi qulluqçular” dedikdə, müvafiq icra hakimiyyəti orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları başa düşülür. Həmin Məcəllənin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən məhkəmə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112.4-cü maddələrini rəhbər tutаraq məhkəmə, Qərarа aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol və toplanılmış material baxılması üçün aidiyyatı üzrə Tərtər Rayon Hərbi Məhkəməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-820/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-820/2021
17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver