Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-820/2022 27.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X6 təhlükəsizlik bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1991-ci il tarixdə Laçın rayonu Kürdhacı kəndində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, subay, Laçın rayonu Kürdhacı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Mollalı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 iyun 2022-ci il tarixdə saat 00:25 radələrində Bərdə rayonu Heydər Əliyev adına parkda polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin sahə rəisi Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1 izahatında göstərdi ki, Şəxs 27 iyun 2022-ci il tarixdə saat 00:25 radələrində Bərdə rayonu ərazisində Heydər Əliyev adına parkda ucadan qışqıraraq yol polisi əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt onun spirtli içki qəbul etməsidə müşaidə olunurdu. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o öz qanunsuz hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, Şəxs 27 iyun 2022-ci il tarixdə saat 00:25 radələrində Bərdə rayonu ərazisində Heydər Əliyev adına parkda ucadan qışqıraraq yol polisi əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt onun spirtli içki qəbul etməsidə müşaidə olunurdu. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o öz qanunsuz hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Məni itələyərək müqavimət göstərdi. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, Şəxs 27 iyun 2022-ci il tarixdə saat 00:25 radələrində Bərdə rayonu ərazisində Heydər Əliyev adına parkda ucadan qışqıraraq yol polisi əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt onun spirtli içki qəbul etməsidə müşaidə olunurdu. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o öz qanunsuz hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 26 iyun saat 00:00 radələrində şadlıq sarayından toydan çıxaraq özünü yuxulu hiss etdiyindən Bərdə şəhəri Heydər Əliyev adına parka üz tutdu. Parkda olan zaman içkili olduğundan səs-küy salaraq, uca səslə ifadələr işlədərək ictimai əsayişi pozmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq onu nizam intizama dəvət etsələrdə, polislərin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədən əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq barəsində həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 27 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs 27 iyun 2022-ci il tarixdə saat 00:25 radələrində Bərdə rayonu ərazisində Heydər Əliyev adına parkda ucadan qışqıraraq yol polisi əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, X2 müqavimət göstərərək onu itələmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə həbs tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs törətmiş olduğu əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 27 iyun 2022-ci il tarixdən saat 00:50-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-820/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-820/2022
27.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver