Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-820/2024 14.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, iştirakı ilə, X2 tərəfindən onun barəsində tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X1 MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati tənbeh vermə haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati tənbeh verməların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İş materialları ilə müəyyən olunur ki, sözügedən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilərək şəxsin ünvanına göndərilmişdir. Lakin müəyyən olunmuş müddətdə şikayət verilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, inzibati xəta törədildiyi yer üzrə Şəki rayon məhkəməsində baxılmalıdır. Ərizəçi göstərilən natamamlığı aradan qaldırdıqdan sonra müvafiq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilən şikayəti icraata götürərək baxmaq hazırda mümkün deyildir. Belə ki, mübahisələndirilən şikayətin rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verməməsi inzibati tənbeh vermə haqqında iş üzrə şikayətin icraata götürülməsini rədd edən hallardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati tənbeh vermə haqqında işin baxılmağa hazırlanması zamanı qərar və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, qərar və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati tənbeh verməlar haqqında qərarun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması məsələlər barəsində qərardad qəbul edilir. Odur ki, X1 özünün barəsində olan inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət icraata qəbul edilə bilməz. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-820/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-820/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver