Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-821/2021 17.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs X4 iştirakı ilə xx xxxxx 1976-cı ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Bərdə şəhəri, R.İsmayılov küçəsi ev 7-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 09 iyul 2021-ci il tarixdə Bərdə şəhəri, R.İsmayılov küçəsində özünə məxsus evin həyətində yerləşən daxmadan X5 məxsus ümumi dəyəri 430 manat olan neft, xlor və çəlləkləri oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verib bildirmişdir ki, X6 onun yaşadığı evdə kirayədə qalır. Sonuncu kirayə haqqını ödəmədiyindən kirayədə yaşadığı otağa yığdığı neft, xlor və çəlləklərini gizli götürərək satmışdır. Həmin vaxt X6 evdə olmamış, Mingəçevir şəhərində olmuşdur. Sonuncuya dəymiş ziyanı hissə-hissə ödəmək istəsə də razılaşmamışdır. Bu gün yəni 17 avqust 2021-ci ildə saat 1030-da polis əməkdaşları tərəfindən saxlanılaraq Bərdə rayon Polis şöbəsinə gətirilmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 göstərmişdir ki, Bərdə şəhəri, S.Vurğun küçəsində Şəxs evində kirayədə yaşayır. Araba ilə neft və xlor satmaqla dolanır. 07.05.2021-ci ildə xəstəsi olduğundan Mingəçevir şəhərinə getmiş, gedərkən bütün əşyalarını yaşadığı otağa yığaraq qapını bağlamışdır. 09.06.2021-ci ildə Mingəçevir şəhərindən qayıtmış, yaşadığı evin qapısının açıq olduğunu görmüşdür. Otağa daxil olmuş və otaqda olan neft, xlor və çəlləklərin oğurlandığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, yaşadığı evdən oğurluq edən Şəxsdur. Ona ümumilikdə 430 manat məbləğində ziyan dəymiş, dəymiş ziyan ödənilməmişdir. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X2 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 19 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X3 müraciəti əsasında toplanmış HK-1-1831 saylı material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinin İTB-nə təqdim olunmuşdur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin izahatı, habelə inzibati xəta haqqında MN ******* saylı protokol və Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarı ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 17 avqust 2021-ci ildə saat 1030-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 17 avqust 2021-ci il tarixdən saat 1030-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 227, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 01(bir) ay müddətə inzibati tənbeh növündə həbs edilsin. İnzibati həbs etmənin əvvəli 17 avqust 2021-ci il tarixdən saat 1030-dan hesablansın. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-821/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-821/2021
17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver