Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-821/2024 15.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, ilə, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y yə n e t d i: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinin rəisi v.m.i.e X6 təəfindən tərtib olunmuş qərara əsasən, o “məktəbin direktoru kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X4 iş və xidmətlər cəlb etdiyinə görə” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyinə dair 09 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla vəzifəli şəxs qismində 3.000 (üç min) manat cərimə edilmişdir. Hesab edir ki, hazırki iş üzrə cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ regional şöbəsinin rəisi v.m.i.e X6 tərəfindən tərtib edilmiş 09 avqust 2024-cü il tarixli, MN ******* saylı qərarı etibarsız, şöbənin vəzifəli şəxslərinin qanunsuz protokol tərtib etməklə fiziki şəxs qismində 3.000 manat cərimə edilməyi, bununla da hüquqları kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Sözügedən qərarda guya o, əmək qanunvericiliyini pozduğuna görə cərimə olunmuşdur. Ona hər hansı bir xəbərdarlıq məktubu göndərilməmişdir. İş üzrə bildirir ki, o Ələddin Əhmədov 10 ildən artıqdır ki, onların məktəbində təşkilatçı müavin vəzifəsində işləyir. Hər il işçilərin əmək müqaviləsi tədris müddəti 14 iyunda bitdiyi üçün xx.xx.2024-cü il tarixədək bağlanır. Bu səbəbdən də onunla bağlanmış əmək müqaviləsi bağlanılarkən texniki yalnışlığa yol verərərək əmək müqaviləsi sistemə gec daxil edilmişdir. 2014-cü ildən məktəb direktoru vəzifəsində çalışır. İşlədiyi müddətdə hər-hansı intizam pozuntusuna və nöqsana yol verməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, barəsində inzibati icraat aparılan X5 qeyd edir ki, Şəki rayonu Çələbixan qəsəbəsində yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 4 aprel 1996cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarından görünür ki, X1 qeydiyyatında olsa da, Şəki rayonu Çələbixan qəsəbəsində yaşayır. Məhkəmə hesab edir ki, X3 dair hazırki inzibati xəta haqqında işin baxılması qaydalarına uyğun olaraq ərazi aidiyyəti qaydalarına uyğun olaraq Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinin MN ******* saylı 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərarа aldı: X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsinin MN ******* saylı 09 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-821/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-821/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver