Məhkəmə qərarları › İş №3(021)-822/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-822/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-822/2024 15.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsi X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1955-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Bərdə rayonu, Mehdili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə üzrə icraatın başlanması haqqında Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 157-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon Polis Şöbəsində 15 avqust 2024-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında protokol tərtib edən Bərdə Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X7 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Bərdə rayonu Mehdili kəndində yaşayan Zərərçəkmiş şəxs ilə həmin ünvanda yaşayan qonşusu Şəxs arasında mübahisə olmuş, baş vermiş mübahisə və dava-dalaş zamanı Zərərçəkmiş şəxs Şəxs döyərək ona sağlamlığın pozulmasına səbəb olmayan xəsarətlər yetirmiş, həmçinin həmin münaqişə və dava-dalaş zamanı Əliyeva X1 Samirə Sabir qızınu döyərək ona sağlamlığın pozulmasına səbəb olmayan xəsarətlər yetirmişdir. Onlar arasında olan mübahisə və dava-dalaş şəxsi münasibətləri zəminində baş vermiş, heç bir xuliqanlıq hərəktələri edilməmiş və həmin vaxt ictimai qayda kobud surətdə pozulmamışdır. Ona görə də toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçü qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində yaşadıqları kənddə küçəyə çıxmış və qonşusu Zərərçəkmiş şəxs gileyləndiyini görmüşdür. Samirə oğlunun üstünə itin hürdüyünü bildirmiş və itin onların iti olduğunu zənn edərək onunla mübahisə etmişdir. Samirəyə oğlunun üstünə hürən itin onların itinin olmadığını bildirmişdir. Sona geri evlərinə qayıtmış, əl arabasını götürüb toyuqlarına yem vermişdir. Bir qədər sonra mağazanın qarşısında Samirə onun üstünə gəlmiş və əli ilə onu vurmuşdur. Zərbədən yerə yıxılmış, ayağa qalxaraq Samirənin əlini tutub dişləmişdir. Samirə də əli ilə onu vurmuşdur. Oğlu Bəhram və qonşular onları aralamışlar. Samirə tərəfindən ona yetirilmiş xəsarətlər və onun Samirəyə yetirdiyi xəsarətlər sağlamlığın pozulmasına səbəb olmayan xəsarətlər olmuşdur. Hazırda Samirə ilə barışmışdır. Odur ki, barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclаsındа iştirak edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs ilə Bərdə rayonu, Mehdili kəndində qonşuluqda yaşayırlar. xx.xx.2024cü il tarixdə, saat 11 radələrində oğlu 2018-ci il təvəllüdlü X8 ilə birlikdə küçəyə çıxarkən oğlunun üstünə qonşunun iti hücum etmiş, iti bağlamadığı üçün itin sahibinin ünvanına söylənmişdir. Həmin vaxt itin sahibinin qohumu Məlahət onun ünvanına nəlayiq ifadələr işlətmiş, lakin həmin vaxt Məlahətin dediklərini eşitməmiş getmişdir. Bir qədər sonra Məlahətin işlətdiyi mağazanın qaşısında onunla rastlamış və hansı səbəbdən onun ünvanına nalayiq ifadələr işlətdiyini soruşmuşdur. Həmin vaxt Məlahət ona yenə nalayiq ifadələr işlətdiyindən onun üzərinə getmiş, məlahət onun əlini tutub dişləmişdir. Məlahət onun əlini dişlədiyi üçün Məlahətin sifətindən sillə ilə vurmuşdur. Onları görən Məlahətin oğlu Bəhrəm Bəhrəmov onları aralamışdır. Məlahət tərəfindən ona yetirilmiş xəsarətlər və onun Məlahətə yetirdiyi xəsarətlər sağlamlığın pozulmasına səbəb olmayan xəsarətlər olmuşdur. Hazırda Məlahətlə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, Məlahətin barəsində olan inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci mаddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs – xx.xx.1955-ci il tarixdə Bərdə rayonu, Lənbəran kəndində doğulmuşdur, Bərdə rayonu, Mehdili Ərazi Dairəsinin Mehdili kəndində qeydiyyatdadır və yaşayır. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs – xx.xx.1981-ci il tarixdə Bərdə rayonu, Bəcirəvan kəndində doğulmuşdur, Bərdə rayonu, Mehdili Ərazi Dairəsinin Mehdili kəndində qeydiyyatdadır və yaşayır. Bərdə rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş 19 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, təsviri hissədə göstərilənlərə əsasən, Şəxs müraciəti əsasında toplanmış HK-1/2735 nömrəli material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işi başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs və Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Bərdə RPŞ-nin X2 göndərilməsi, qərarın surətinin məlumat üçün Şəxs və Zərərçəkmiş şəxs göndərilməklə, qərardan narazı qaldıqları halda Azərbaycan Respublikası CPM-in 212-ci maddəsinə əsasən rayon prokuroruna, yuxarı prokurora, və ya məhkəməyə şikayət etmək hüquqlarının olmasının izah edilməsi, qərarın surəti məlumat üçün Bərdə rayon prokuroruna göndərilməsi, material saxlanılması üçün Bərdə RPŞ-nin dəftərxanasına verilməsi qərara alınmışdır. 19 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 523 rəyində Şəxs bədəni üzərinə aşkar edilmiş xəsarətlər – sol alın gicgah nahiyyəsinin qançırı, sol baldırın yuxarı 1/3-nin bayır səthinin sıyrığı, sol əlin arxa səthinin səthi əzilmiş yaraları küt əşyanın törənmişdir. Həmçinin Zərərçəkmiş şəxs bədəni üzərinə aşkar edilmiş xəsarətlər – sol saidin aşağı 1/3-nin ön səthinin qançırı küt əşyanın törənmişdir. Xəsarətlər xx.xx.2024cü il tarixə uyğun gəlir. Bərdə Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X11 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Bərdə Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X7 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır Bərdə Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında prоtоkоldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs döymüşdür. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış və hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxsnu döyərək sağlamlığın pozulmasına səbəb olmayan xəsarətlər yetirdiyinə görə onun barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə üzrə icraatın başlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək barışdıqlarını, ondan şikayət və tələbinin olmadığını bildirmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. İXM-in 39.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdan qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar