Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-823/2022 28.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, X4 tərəfindən xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona dair elektron qərardan verilmiş şikayətə baxaraq , məhkəmə MÜƏYYƏNETDİ: X4 məhkəməyə şikayət verərək, Bərdə rayon X7 Patrul Xidməti tərəfindən tərtib edilmiş İXP ******* saylı 20.06.202-ci il tarixli inzibati xəta haqqında protokolun və ona dair elektron qərarın ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayətə və ona əlavə olunmuş sənədlərə baxaraq belə nəticəyə gəlir ki, X4 tərəfindən xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və və ona dair elektron qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, İXM protokoldan şikayət verilməsini deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsini nəzərdə tutmuşdur. Həmçinin X1 protokola dair elektron qərarın ləğvini tələb etsə də, həmin qərarı şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, Bərdə rayon X7 Patrul Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona dair elektron qərardan X3 verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARAALDİ: Bərdə rayon X7 Patrul Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona dair elektron qərardan X3 verdiyi şikayət geri qaytarılsın . Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-823/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-823/2022
28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver