Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-823/2024 15.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Bərdə RPŞ-nin sahə rəis polis mayoru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1981-ci il tarixdə, Bərdə rayon Bəcrəvan kəndində anadan olmuş, Bərdə rayonu Mehdili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci mаddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 15 avqust 2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs RPŞ İTB-nin polis sahə rəisi, polis mayoru X4 izahat verərək bildirdi ki, Bərdə rayon Mehdili kəndində yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadıqları kəndin ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs döyərək sonuncuya sol alın gicgah nahiyyəsinin qançırı, sol baldırın yuxarı 1/3-nin bayır səthinin sıyrığı, sol əlin arxa səthinin səthi əzilmiş yaraları ilə müşayət edilən dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Eyni zamanda həmin mübahisə zamanı Zərərçəkmiş şəxs həmkəndlisi Şəxs sol qolundan dişləyərək sonuncuya sol saidin aşağı 1/3-nin ön səthinin qançırı ilə müşayət edilən dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Onlar arasında olan mübahisə və davadalaş şəxsi münasibətləri zəminində baş vermiş, heç bir xuliqanlıq hərəktələri edilməmiş və həmin vaxt ictimai qayda kobud surətdə pozulmamışdır. Əməldə cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işi başlanması rədd edilmiş, lakin onların əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barələrində inzibati qaydada tədbir görüllməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin X1 göndərilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, qohumluq əlaqəsi olan eyni zamanda qonşuluqda yaşayan Zərərçəkmiş şəxs onun ünvanına nalaiq ifadələr işlətdiyini eşitmişdir. Zərərçəkmiş şəxs ilə Məlahətin mağazasının qarşısında qarşılaşmışlar və aralarında olan mübahisə davaya çevrilmişdir. Məlahət ona əl atmış, o da Məlahətin saçlarından tutmuş və bir-birilərini süpürləmişlər. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışlar. İnzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, Samirə onun saçından tututub çəkmiş, yerə yıxıb döymüşdür. O da Samirəni döymüşdür. Həmçinin məhkəməyə ərizə verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci mаddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki; Bərdə rayonu Mehdili kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Samirə adlı şəxsin onu döyməsi barədə məlumat vermişdir. Həmin müraciət PŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair 1 saylı kitabın 2735-ci sırasında qeydə alınmışdır. Bərdə rayonu Mehdili kəndində yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Məlahət adlı şəxsin onu döyməsi barədə məlumat vermişdir. Həmin müraciət eyni məzmunlu HK-1/2735 saylı materiala əlavə edilmişdir. Məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 523 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilən xəsarətlər-sol alın gicgah nahiyyəsinin qançırı, sol badırın yuxarı1/3-nin bayır səthinin sıyrığı, sol əlin arxa səthinin səthi əzilmiş yaraları küt əşyanın təsiri nəticəsində törədilmişdir, törədilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağamlığın pozulmasına səbəb olmayan xəsarət olmadığından dərəcəsi təyin edilmir. Məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 538 nömrəli rəyindən görünür ki, vət. Şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilən xəsarətlər- sol saidin aşağı 1/3-nin ön səthinin qançırı küt əşyanın təsiri nəticəsində törədilmişdir, dişləmə nəticəsində törənməsi inkar edilmir, törədilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağamlığın pozulmasına səbəb olmayan xəsarət olmadığından dərəcəsi təyin edilmir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bərdə rayon Mehdili kəndində yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadıqları kəndin ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətləri zəmnində baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs döyərək sonuncuya sol alın gicgah nahiyyəsinin qançırı, sol badırın yuxarı 1/3-nin bayır səthinin sıyrığı, sol əlin arxa səthinin səthi əzilmiş yaraları ilə müşayət edilən dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Eyni zamanda həmin mübahisə zamanı Zərərçəkmiş şəxs həmkəndlisi Şəxs sol qolundan dişlǝyǝrǝk sonuncuya sol saidin aşağı 1/3-nin ön səthinin qançırı ilə müşayət edilən dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkibinin əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs barələrində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞnin İTB-nə verilmişdir. Bərdə rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında ” qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bərdə RPŞ İTB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Zərərçəkmiş şəxs döyərək, ona sağlamlığa zərər verməyən xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlar hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək bədənin müxtəlif yerlərinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyinə görə onun barəsində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək barışdıqlarını və ona dəymiş ziyanın ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İXM-in 39.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdan, qərarın surəti qaydada аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-823/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-823/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver