Məhkəmə qərarları › İş №3(021)-824/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-824/2021

18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-824/2021 18.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramoun katibliyi, İnzibati qaydada protokol tərtib etmış Bərdə rayon Polis X1 Bölməsinin sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs X4 və Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 15 avqust 1979-cu ildə Bərdə şəhəri Tağıyev küçəsi ev 51-də doğulmuş, orta təhsilli, işləməyən, subay, Bərdə şəhəri, Səttdarxan küçəsində qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə rayon Polis Şöbəsinin inzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki 14 iyul 2021-ci il tarixdə saat 17:00-da Bərdə şəhəri, E.Əsədov küçəsində yerləşən təmir sexinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı onu döyərək onun sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Onun törətdiyi bu əməl Zərərçəkmiş şəxs ərizəsi və izahatı, digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bundan başqa, Bərdə rayon Polis Şöbəsinin inzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, 20 iyun tarixdə saat 22:00-da Bərdə Rayon Güloğlular kəndi ərazisində kanalın kənarında X4 ilə aralarında olan mübahisə zamanı onu döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Onun törətdiyi bu əməl X2 ərizəsi və izahatı, digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis X1 Bölməsinin sahə rəisi, polis kapitanı X5 izahatında göstərdi ki, 14 iyul 2021-ci il tarixdə saat 17:00-da Bərdə şəhəri, E.Əsədov küçəsində yerləşən təmir sexinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı onu döyərək onun sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Həmin məlumat əsasında Bərdə rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən müvafiq araşdırma aparılmış, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri olmadığına görə cinayət tərkibi olmadığına görə 24 iyul 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Bərdə rayon Polis X1 Bölməsinə göndərilməsi barədə qərar çıxarılmışdır. Bundan başqa 20 iyun tarixdə saat 22:00-da Bərdə Rayon Güloğlular kəndi ərazisində kanalın kənarında X4 ilə aralarında olan mübahisə zamanı onu döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Həmin məlumat əsasında Bərdə rayon Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X8 tərəfindən müvafiq araşdırma aparılmış, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin tərkib əlamətləri olmadığına görə cinayət tərkibi olmadığına görə 21 iyul 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Bərdə rayon Polis X1 Bölməsinə göndərilməsi barədə qərar çıxarılmışdır. Göstərilənlərə əsasən də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş tənbeh tədbirinin tətbiq edilməsni xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, 20 iyun 2021-ci il tarixdə Bərdə rayonu Güloğlular kənd ərazisində kanalın kənarında mübahisə baş vermişdir. O işləyən zaman Şəxs onu, göz nahiyəsindən vurmuşdur. X4 şikayətçi olduğunu və Şəxs oğlu tənbehin verilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 14 iyul 2021-ci il tarixdə ailəsi barəsində nəsə bilib, ona demədiyini irad tutaraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs şikayətçi olduğunu və Şəxs oğlu tənbehin verilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, törətdiyim əməllərə görə peşmandır, səhv edib, bir daha belə səhvə yol verməyəcək. İş materiallarında olan X4 oğlu MTE-dən keçirilmiş “MTE və PA” birliyinin 21 iyul 2021ci il tarixli 531 saylı rəyindən görünür ki, X2 bədəni üzərində xəsarətlər-sol əl nahiyəsinin arxa səthinin və sol diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları və sıyrığı küt əşyanın təsirindən törənmişdir, müddəti 20 iyun 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Zərərçəkmiş şəxs MTE-dən keçirilmiş “MTE və PA” birliyinin 15 iyul 2021-ci il tarixli 615 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlər- sol gözətrafı nahiyənin qançırı və sıyrığı küt əşyanın təsirindən törənmişdir, müddəti 14 iyul 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir Məhkəmə iş materiallarında ola sənədləri və sübutları araşdırıb tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək, belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəblə də o, inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətaların xarakterlərini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, inzibati tənbeh verilərkən birmənalı şəkildə tənbehin qorxu yaratmaq və ya hər hansısa bir formada inzibati xəta törətmiş şəxsdən qisas almaq ideyası istisna olunmalıdır. Çünki tənbehin məqsədinin inzibati xəta törətmiş şəxsi yenidən cəmiyyətə zərər verməsinə mane olmaq və başqalarının eyni inzibati xətanı törətməkdən çəkindirmək ilə mükələfiyyətli olduğuna tam olaraq inanmaq lazımdır. İnzibati xəta üzrə tənbeh tətbiq edilməsindən də vacib olan hal, həmin inzibati xətaların qarşısının alınmasına yönəlmiş olan kompleks hüquqi tədbirlər sisteminin düzgün tətbiq edilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs törətdiyi əmələ görə təqsirli bilinərək, barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, Bərdə Rayon Polis X1 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 01 (bir) ay 10 (on) gün, Bərdə Rayon Polis X1 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 01 (bir) ay 10 (on) gün, müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan Şəxs təyin edilmiş inzibati həbs tənbehləri qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 18 avqust 2021-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar