Məhkəmə qərarları › İş №3(021)-824/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-824/2025

19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-824/2025 19.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Bərdə rayonu Kətəlparaq kəndində yaşayan Şəxs barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 19 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021) 3075/2024 saylı, 07noyabr 2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 7800 manat məbləğində pul və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı X2 xeyrinə ödənilməlidir.İcra sənədi üzrə icraata başlanım tələbin könüllü icra edilməsinə dari bildiriş borclunun yaşadığı Bərdə rayonu Kətəlparaq kəndində göndərilmişdir. Borclu rəsmi şəkildə tələbin icrası barədə bildiriş 19 sentyabr 20205-ci il tarixdə təqdim edilmişdir. Borcun yönəldilə biləcəyi əmlakı yoxdur. Borclu barəsində axtarış qərarı çıxarılmışdır. Buna görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Borclunun barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, tələbkar X5 ilə şərikli alver etmişlər. Sonradan maliyyə vəziyyəti pisləşmiş, alveri davam etdirə bilməmiş, tələbkarla aralarında 5000 manat pul məsləsi olmuşdur. Sonradan tələbkar onu nə üçün yenidən alver etmədiyini demiş o isə alver etmək üçün pulu olmadığını bildirmiş, o isə bacısı oğlunun poçt müdürü olduğunu və ona 3000 manat borc verə biləcəyini lakin borc müqaviləsinin notarial qaydada təsdiqlənməsini istəmişdir.Tələbkarla razılaşaraq borc müqaviləsi bağlamış tələbkar ona 3000 manat borc versə də əvvəldən aralarında olan 5000 manat məbləği də həmin məbləğə hesablamışdır. İcra sənədi barədə məlumatı olmamış, kənd icra nümayəndəsi ona zəng edərək barəsində axtarış olduğunu bildirmiş, bundan sonra Bərdə Rayon İcra Şöbəsinə gəlmiş, xx.xx.2025-ci il tarixdə orada bildirşlə tanış olmuşdur. Maddi imkanı ağırdır, insult keçirmiş, borc məbləğini bir dəfəlik ödəmək üçün imkanı yoxdur. Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs əməlində İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından icraata xitam verilməlidir. İnzibati işin materiallarına istinad: İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 2(021)3075/2025 saylı, 07 noyabr 2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 7800 manat məbləğində pul və ödənilmiş 100 manat dövlət rüsumu tutularaq iddiaçı X4 ödənilməlidir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş tələbin könüllü ödənilməsi haqqında 23 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)3075/2025 saylı, 07 noyabr 2025-ci il tarixli icra sənədi üzrə borclu İŞəxs borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. Bildiriş borclu tərəfindən qəbul edilmiş, lakin bildirişi qəbul etmə tarixi qeyd edilməmişdir. Protokolu tərtib etmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Mətləb Ələkbərov və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs qeyd edilən bildirişin xx.xx.2025-ci il tarixdə, yəni protokol tərtib edilən gün qəbul edildiyini bildirdilər. 12 iyun 2025-ci il tarixli borlcunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati işə əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 19 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Şəxs Bərdə rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 19 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-3075/2024 saylı, 7 noyabr 2025-ci il tarixli icra sənədinə əsasən 7900 manat borcu yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsi üzrə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar