Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-825/2022 28.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta törətmiş şəxsin vəkili X3 iştirakı ilə xx xxxxxx 1980-cı ildə Gəncə şəhərində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə şəhəri, Nizami küçəsi ev 114-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə rayon Polis şöbəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 1315 radələrində sürücülük hüququ əsasında, etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz 200” markalı 99 OF- 209 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bərdə rayonu Kolayır-Otuzikilər kənd yolu ilə hərəkətdə olarkən X1 idarə etdiyi VAZ-21013 minik markalı 09 BT-547 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X1 əmlakına maddi ziyan vurmuşdur. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs ifadə verərək göstərmişdir ki, idarə etdiyi Mersedes Benz 200 minik markalı 99 OF-209 dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüquqi ilə X2 məxsusdur. Avtomobili idarə etmək üçün hüququ olsa da onun avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. 09 aprel 2022-ci il tarixdə saat təxminən 1315 radələrində idarə etdiyi Mersedes Benz 200 minik markalı 99 OF-209 dövlət nömrə nişanlı avtomobil ilə Ağcabədi yol istiqamətindən gələrək Bərdə rayonu Otuzikilər- Kolayır yoluna dönən zaman qəfildən qarşı istiqamətdən gələn avtomobil onun qarşısına çıxmış, hadisədən yayınmaq üçün avtomobili bir qədər sağa meyilləndirsə də, məsafə çox az olduğundan hadisədən yayına bilməmiş, nəticədə onun avtomobilinin sol ön hissəsi ilə həmin avtomobilin sol yan hissəsi toqquşmuşdur. Daha sonra həmin avtomobil sürətli gəldiyindən idarəetməni itirərək yolun giriş hissəsində olan beton dirəyə çırpılmışdır. Avtomobildən yerə enmiş, VAZ-21013 minik markalı 09 ВТ-547 dövlət qeydiyyat nişanlı avtomobildə sürücü və 2 azyaşlı uşaqlar olduğunu görmüşdür. Onlar Bərdə rayon Mərkəzi Xəstəxanasına getmiş, daha sonra hadisə yerinə polis əməkdaşları gələrək onun iştirakı ilə hadisə yeri müayinə edilmişlər. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 göstərmişdir ki, idarə etdiyi \/f\Z- 21013 minik markalı 09 ВТ-547 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüquqi ilə ona məxsusdur. Lakin həmin avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur. 09 aprel 2022-ci il tarixdə saat təxminən 1315 radələrində idarə etdiyi VAZ-21013 minik markalı 09 ВТ-547 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu Kolayır kənd istiqamətindən Bərdə şəhəri istiqamətində hərəkətdə olmuşdur. Avtomobildə övladları Mirkamil və Cəvahir olmuşdur. Avtomobil ilə Kolayır-Otuzikilər kənd yolunun çıxışına çatarkən Ağcabədi rayon istiqamətindən Bərdə rayonu Kolayır kəndi istiqamətinə tərəf dönən ağ rəngli avtomaşın qarşısına çıxaraq idarə etdiyi avtomaşının sol tərəf yanından vurmuşdur. İdarəetməni itirdiyi üçün avtomobili yolun giriş hissəsində quraşdırılan beton dirəyə çırpılmışdır. Hərəkət sürəti təxminən 30-40 km/saat olmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin İstintaq bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 may 2022-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1/1348 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2 və 332.4-cü maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon Polis şöbəsinin Dövlət yol Polisi Bölməsinə göndərilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, Bərdə rayon Polis şöbəsinin istintaq bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 may 2022-ci il tarixli qərarı, habelə inzibati xəta haqqında 28 iyun 2022-ci il tarixli İXP ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əməlindən peşimançılıq hissi keçirməsini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 332.4cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarından ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400(dörd yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Cərimə Baş Dövlət Yol Polisi İdarəsi, VÖEN **********, 1 saylı Xəzinədarlıq idarəsi, VÖEN **********, ABB Mərkəzi filialı, VÖEN **********, kod 805722, müxbir hesab **********944, SWİFT Bik İBAZAZ2X, H/H ******************** hesabına ödənilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişdən azad edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-825/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-825/2022
28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver