Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-826/2021 18.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bərdə rayonu Əliyanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı,evli, orta təhsilli, fərdi əməklə məşğul olan, tarixdə Bərdə rayonu Əliyanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 iyul 2021-ci tarixdə saat 23 radələrində Bərdə rayonu Əliyanlı kəndində Şəxs Zərərçəkmiş şəxs döyərək xəsarət yetirib. Məhkəmə iclasında Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4 izahatında göstərdi ki, Şəxs 17 iyul 2021-ci tarixdə saat 23 radələrində Bərdə rayonu Əliyanlı kəndində Zərərçəkmiş şəxs döyərək xəsarət yetirib. Məhkəmədən Şəxs qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs oğlu verdiyi izahatında göstərdi ki, 17 iyul 2021-ci il tarixdə aralarında mübahisə baş vermişdir. Hazırda Zərərçəkmiş şəxs şikayətçi deyil ona qarşı şikayət və tələbi yoxdur. Barışıq ərizəsini məhkəməyə təqdim edərək inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs müdafiəçisi İsayeva X3 Xaliq Zakir oğlu barışıq ərizəsini təqdim etdiyindən inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 17 iyul 2021-ci il tarixdə mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirib. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 17 iyul 2021-ci il tarixli qərardan müəyyən olunur ki, toplanmış HK-1950, 1951 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinə verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən inzibati xəta törədən şəxs zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs ilə Zərərçəkmiş şəxs ilə barışdığından belə hesab edir ki, göstərilən maddələrin tələbinə əsasən inzibati xəta törətmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128- 130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRAR ALDİ İnzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-826/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-826/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver