Məhkəmə qərarları › İş №3(021)-826/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-826/2022

01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-826/2022 01.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasıyev tərəfindən tərtib olunmuş qərardan verdiyi şikayətə baxaraq , məhkəmə MÜƏYYƏNETDİ: X2 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasıyev tərəfindən tərtib olunmuş xx.xx.2022-ci tarixli EQ ******* saylı qərarın ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayətə və ona əlavə olunmuş sənədlərə baxaraq belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, X2 şikayətində qərarın ləğvini tələb etsə də, həmin qərarı şikayətinə əlavə etməməklə, məhkəməyə natamam formada təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasıyev tərəfindən tərtib olunmuş qərardan verdiyi şikayət natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARAALDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasıyev tərəfindən tərtib olunmuş qərardan verdiyi şikayət geri qaytarılsın . Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar