Məhkəmə qərarları › İş №3(021)-827/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-827/2022

18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-827/2022 18.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ .Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bərdə regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 03 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X7 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bərdə regional ərazi şöbəsinin 12 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğvinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinin Bərdə regionla ərazi şöbəsi tərəfindən barəmdə 24 may 2022-ci ildə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Həmin protokollar əsasında ƏSSMN yanında X5 xidmətinin Bərdə regionla ərazi şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş 03 iyun 2022-ci il tarixli, ******* saylı qərara əsasən o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında 03 iyun 2022-ci il tarixli, ******* saylı qərar onunla əsaslandırılmışdır ki, "Ticarət Mərkəzi” MMC-nin direktoru X7 tərəfindən işçilərlə istehsalatda bədbəxt hadisələr peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaması halına yol vemişdir. Nəticədə "Ticarət Mərkəzi” MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Haqqİnda Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hesab edir ki, Azərbaycan Respublikasinin Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinin rəisi X1 tərəfindən qəbul edilmiş 03 iyun 2022-ci il tarixli , ******* saylı qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, əməlində inzibati xəta olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, 17 may 2022-ci il tarixdə Paşa Həyat Sığorta Açıq Səhmdar Cəmiyyəti ilə Ticarət Mərkəzi” MMC arasında **********587 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlanmasına baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinin Bərdə regionla ərazi şöbəsinin rəisi X1 tərəfindən 03 iyun 2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qanunsuz qərar qəbul edilmişdir. Həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinin Bərdə regional ərazi şöbəsi tərəfindən "xxxx" MMC barəsində İXM-nin 469.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və protokola əlavə olumuş materiallar baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 3(021)- 714/2022 saylı qərarına əsasən "Ticarət Mərkəzi” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Odur ki, həmin qərarı əsassız hesab edərək ləğv edilməsini xahiş etmişdir. Qərar qəbul etmiş orqana və şikayətçiyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişdirlır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bərdə regional ərazi şöbəsinin 03 iyun 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının X5 Xidmətinin Qarabağ Regional şöbəsi tərəfindən tərtib edilmiş 03 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə "xxxx" MMC tərəfindən işçilər bədbəxt hadisələr və peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının X5 Xidmətinin Qarabağ Regional şöbəsi tərəfindən qəbul edilmiş 03 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bərdə "xxxx" MMC-nin direktoru X7 İXM-in 469.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından 17 may 2022-ci il tarixli, **********587 saylı saylı icbari sığorta müqaviləsindən görünür ki, Bərdə "xxxx" MMC tərəfindən bütün işçilər qanunamüvafiq qaydada "xxxx" ASC-də sığorta edilmişdirlər. İşdə olan Bərdə Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 3(021)-714/2022 saylı qərarından görünür ki, Bərdə "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Bərdə "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Həmçinin həmin qərardan müəyyən olunur ki, hüquqi şəxs “Bərdə "xxxx" MMC tərəfindən işçilərə bədbəxt hadisə və peşə əmək qabilliyətinin itirilməsi hallarından icbari sığorta olunmaması ilə bağlı hallar aşkar olunmamışdır. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bərdə regional ərazi şöbəsi hüquqi şəxs qismində Bərdə "xxxx" MMC–nin direktoru barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.2-ci maddəsi ilə 24 may 2022ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş, Bərdə rayon məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 3(021)-714/2022 saylı qərarı ilə Bərdə "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Bərdə "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bərdə regional ərazi şöbəsi Bərdə "xxxx" MMC-nin direktorunu eyni eyni fakt üzrə (Bərdə "xxxx" MMC –nin direktoru X7 işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etməməsi) sadəcə statusunu dəyişməklə yəni, vəzifəli şəxs qismində məsuliyyətə cəlb edərək, barəsində 1500 manat məbləğində inzibati tənbeh növündə cərimə tətbiq etmişdir. Məhkəmə hesab edir ki, Bərdə "xxxx" MMC –nin direktoru X3 işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etməməsi ilə bağlı fakt üzrə Bərdə "xxxx" MMC -nin barəsində ləğv edilməmiş məhkəmə qərarı olduğundan şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bərdə regional ərazi şöbəsinin Bərdə "xxxx" MMC-nin direktoru X7 barəsində inzibati tənbeh vermə haqqında 03 iyun 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli, X7 barəsində İXM-in 469.2-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırır. Həmin Məcəllənin 112.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Həmin Məcəllənin 112.1.5-ci maddəsinə əsasən, işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşdən isə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 işə baxılmasının yeri və vaxtı barədə heç bir məlumat verilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmış, ona hüquqları və vəzifələri izah olunmamış və nəticədə şəxsin ziyanına qərar qəbul edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 53, 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bərdə regional ərazi şöbəsinin X7 barəsində inzibati tənbeh vermə haqqında 03 iyun 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin. X7 barəsində İXM-in 469.2-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar