Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-828/2025 07.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Dövlət Su X2 Suların İstifadəsinə və X3 Xidməti 7 saylı X4 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su X2 Suların İstifadəsinə və X3 Xidməti 7 saylı X5 baş məsləhətçimüfəttişi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair MN №2366768 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs göstərdi ki, Qarabağ Restoranı ailəvi istirahət mərkəzi icra müqaviləsi əsasında onun rəhbərliyi altında fəaliyyət göstərir. Restoranda istifadə olunan su nasos vasitəsi ilə restoranın yaxınlığında yerləşən Tərtər çayından götürülür. Çay suyundan istifadə ilə bağlı hər-hansı icazə sənəsi və ya müqaviləsi yoxdur. Çaydan su götürülməsi üçün kimdən icazə alınması ona məlum deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib edilmiş orqana məlumat verilmiş, lakin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati işə protokolu tərtib edilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsi dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Azərbaycan Dövlət Su X2 Suların İstifadəsinə və X3 Xidməti 7 saylı X7 geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Su Məcəlləsinin 1-ci maddəsində qeyd edilmşdir ki, Bu Məcəllədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: su obyekti — relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur; su ehtiyatları — su obyektlərində yerləşən, istifadə edilən və ya istifadə oluna bilən yerüstü və yeraltı suların həcmi; su obyektinin istifadəçisi — su obyektlərindən istifadə hüququ verilmiş fiziki və ya hüquqi şəxs; su istehlakçısı — öz ehtiyaclarını təmin etmək üçün su obyektlərinin istifadəçisindən su alan fiziki və ya hüquqi şəxs; su təsərrüfatı obyekti — su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğular; su obyektlərinin çirklənməsi — suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılması; su obyektlərinin zibillənməsi — su obyektlərindən istifadəni çətinləşdirən əşyaların, bərk maddə hissəciklərinin müxtəlif çeşidli texnogen mənşəli və məişət tullantılarının tökülməsi; suların zərərli təsiri — su altında qalma, subasma, müəyyən əraziyə və ya obyektə yerüstü və yeraltı suların digər təsiri. Azərbaycan Respublikasının Su Məcəlləsinin 12-ci maddəsində qeyd edilmşdir ki, Su obyektləri üzərində dövlət mülkiyyəti. Dövlət mülkiyyətində aşağıdakı su obyektləri saxlanılır: Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi; sərhəd su obyektləri; dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri; xüsusi qorunan su obyektləri. Dövlət mülkiyyətində olan su obyektləri qanunvericilikdə müəyyən edilmiş qaydada istifadəyə, icarəyə və bələdiyyə mülkiyyətinə verilə bilər. Dövlət mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Su Məcəlləsinin 13-cü maddəsində qeyd edilmşdir ki, su obyektləri üzərində bələdiyyə mülkiyyəti. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yerli əhəmiyyətli su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətində olan su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ümumi istifadəyə, fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə, habelə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyə mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini qanunvericiliklə onlara verilmiş səlahiyyətlər daxilində bələdiyyələr həyata keçirirlər. Su Məcəlləsinin 14-cü maddəsində qeyd edilmşdir ki, su obyektləri üzərində xüsusi mülkiyyət. Xüsusi mülkiyyətdə olan torpaq sahələrində yerləşən, başqa su obyektləri ilə hidravliki əlaqəsi və axarı olmayan kiçik sututarlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi mülkiyyətə verilə bilər. Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə və xarici dövlətlərin hüquqi şəxslərinə su obyektləri xüsusi mülkiyyətə verilə bilməz. Su Məcəlləsinin 15-ci maddəsində qeyd edilmşdir ki, su təsərrüfatı obyektləri üzərində mülkiyyət. Su təsərrüfatı obyektləri üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları müəyyən edilir. Dövlət mülkiyyətində saxlanılan, bələdiyyə və xüsusi mülkiyyətə verilən su təsərrüfatı obyektləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Lakin məhkəməyə verilmiş protokolda Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Koroğlu küçəsində sudan istifadə ilə bağlı icazə sənədi və müqavilə almadan Tərtər çayının təbii axarına müdaxilə edilməklə Qarabağ restoranına suyun nəql edilməsi halına yol verdiyi qeyd edilsə də, qeyd edilən su obyektinin həmin hissəsinin mülkiyyət hüququnun kimə məxsus olması, mülkiyyətçinin mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlər protokoda göstərilməmişdiur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında mаteriаlı аrаşdırаrkən müəyyən оlunmuşdur ki, təqdim edilmiş prоtоkоl İnzibati Xətalar Məcəlləsinin 100-cü mаddəsinin tələblərinə əməl оlunmаdаn natamam fоrmаdа tərtib оlunmаqlа bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs inzibаti prоtоkоlа imzа etməmiş, imzа etməkdən imtinа etdiyi hаldа bu bаrədə prоtоkоldа müvаfiq qeyd аpаrılmаmış və prоtоkоlun surətinin ona verilməsi bərədə qeydlər аpаrılmаmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Azərbaycan Dövlət Su X2 Suların İstifadəsinə və X3 Xidməti 7 saylı X7 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, QƏRАRА АLDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Azərbaycan Dövlət Su X2 Suların İstifadəsinə və X3 Xidməti 7 saylı X7 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-828/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-828/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver