Məhkəmə qərarları › İş №3(021)-829/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-829/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-829/2021 20.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Allahverdiyev Məhərrəm Ələkbər oğlu, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 31 iyul 2021-ci il tarixdə Bərdə rayonu Divanlı kəndi ərazisində yerləşən artezyan quyusunun elektrik naqilini oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 iyul 2021-ci il tarixdə Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən artezyan quyusunun elektrik naqilini oğurlamışdır. Bunda n başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 iyun 2021-ci il tarixə keçən gecə Bərdə rayonu Qayalı kənd sakini X1 istifadə etdiyi subartezyan quyusunun 36 metr, 72 manat dəyərində elektrik naqilini Ağdam rayon sakini X2 ilə oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 iyul 2021-ci il tarixdə Bərdə rayonu İkinci Hacallı kəndində su quyusunun elektrik naqilini X2 ilə birlikdə oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-nə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-829/2021 saylı inzibati iş, 3(021)-830/2021 saylı inzibati iş, 3(021)-831/2021 saylı inzibati iş 3(021)-832/2021 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 20 avqust 2021-ci il tarixdə saat 1745-də Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar