Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-829/2025 01.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, 1 sentyabr 2002-ci ildə Bərdə rayonunda doğulmuş, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 327.8-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 18 sentyabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 18 sentyabr 2025-ci il tarixdə saat 10:49 radələrində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərdi ki, tərtib edilmiş protokol üzrə özünü təqsirli bilir, 12 mart 2025-ci il tarixdə dostu Rauf Qurbanova məxsus olan “Chevrolet Cruze” minik markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayon İcra Hakimiyyəti istiqamətdə hərəkət etmiş, həmin vaxt təxminən bir saat Bərdə şəhəri ərazisində vaxt keçirmək yolun kənarında yerləşən ağaca çırpıldıqdan sonra avtomobil dayanmışdır. Həmin vaxt avtomobildə ondan başqa heç kim olmamışdır. İdarə etdiyi avtomobilin ön hissəsi yarasız vəziyyətə düşmüşdür. Hadisə nəticəsində qulaq və qabırğa nahiyyəsindən xəsarət almışdır.O avtomobildən düşdükdən sonra yolun kənarında bir nəfər tanımadığı qızın xəsarət aldığını huşsuz vəziyyətdə səsinin gəldiyini görmüşdür. Orada olan tanımadığı avtomobillərdən biri onu və həmin qızı Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparmışdır. Həmin avtmobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Səhvini başa düşür, əməlindən peşmandır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən Bərdə Rayon Polis Şöbəsinə və Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün heab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin Bərdə Rayon Polis X2 baş müstəntiqi, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyul 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilməsi, sürücü Şəxs barəsində Azərbaycan Respublikasının İnzibatf Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti Bərdə Rayon Polis X4 Polisi Bölməsinə göndərilmişdir. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” 18 sentyabr 2025-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati iş materiallarında olan Zərərçəkmiş şəxs Bərdə Rayon Polis Şöbəsinə yazmış olduğu ərizədən görünür ki, hadisə nəticəsində yüngül xəsarətlər almış Şəxs heç bir şikayət və tələbi yoxdur. 17 mart 2025-ci il tarixli, 215 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər sol qaş nahiyyəsinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir.yol-nəqliyyat hadisəsi zamanı piyada kimi olmaqla törənə bilərdi, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 12 mart 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 392 nömrəli aktın surətindən görünür ki, Şəxs sərxoşluq aşkar edilməmişdir. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şəxs əməlindən səmimi peşiman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs və ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, Bərdə Rayon Polis X2 baş müstəntiqi, polis mayoru X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyul 2024-cü il tarixli qərarı, inzibati xəta haqqında 18 sentyabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Cərimə Baş Dövlət Yol Polisi İdarəsi, VÖEN **********, 1 saylı Xəzinədarlıq idarəsi, VÖEN **********, ABB Mərkəzi filialı, VÖEN **********, kod 805722, müxbir hesab **********944, SWİFT Bik İBAZAZ2X, H/H ******************** hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-829/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-829/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver