Məhkəmə qərarları › İş №3(021)-83/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-83/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-83/2024 01.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, protokol tərtib etmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə iş materiallarını məhkəmə iclasında аrаşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə inzibаti xətа haqqında Bərdə rayon İcra və Probasiya Şöbəsində xx.xx.2024-cü il tarixdə, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, onun Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(021)-2879/2023 nömrəli icra sənədi üzrə 15213 manat Pərviz Poladova, xx.xx.2023-cü il tarixli e-2(021)-2475/2023 saylı icra vərəqəsi üzrə 774 manat “ABC Telekom”a borcu vardır. Bununla da Şəxs İXM 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-2879/2023 nömrəli icra sənədi üzrə borclunun tələbkara əmlak üzrə 15213 manat borcu yarandığını, borclunun yaşayış evində əmlakına baxış keçirilməsi və borclunun evində olmaması barədə məlumata malik olmadığını, yalnız borcluya göndərilmiş bildirişlərin çatmaması səbəbindən barəsində axtarış verildiyini bildirmişdir. Buna görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında tikintidə işlədiyini, hər ay 600 manat aldığını, kirayə evdə yaşadığını, hər ay 200 manat ödəyə biləcəyini, ayın 15-dən sonra da hər ay 250 manat ödəyə biləcəyini, keçirilmiş məhkəmə iclasları barədə məlumata malik olmadığını bildirmişdir. Buna görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında icra işi üzrə tələbkar olan X8 və “ABC Telekom”un nümayəndəsi iştirak etməmiş və ya tələbkarların iştirakı icra məmurları tərəfindən təmin edilməmişdir. Belə olan halda məhkəmə hazırki işə icra işi üzrə tələbkarların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXMin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, protokol tərtib edən orqan tərəfindən inzibati xəta haqqında protokol üzrə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Çünki, iş materiallarında inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs icra işi üzrə bildirişləri qəbul etməsinə dair hər hansı sənəd mövcud deyil. Belə olan halda Şəxs icra işi barədə məlumatlandırılmayıb. Bundan başqa Şəxs Bakı Tikiş Evində işlədiyini, lakin oradan çıxdığını bildirsə də icra işi üzrə elektron informasiya sistemindən çıxarışda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətində aylıq 250 manat məbləğində əmək haqqı almaqla fəhlə-sənətkar işlədiyi qeyd edilmişdir. İşi aparan icra məmurları isə bu məsələni də araşdırmamış, bununla bağlı həmin cəmiyyətə sorğu verməmiş, şəxsin əmək müqaviləsinin hazırda davam edib-etməməsi və ya əmək müqaviləsinə xitam verilməsi məsələsini araşdırmamışlar. Bundan başqa iş materiallarından icra məmurlarının barəsində inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs qeydiyyat ünvanına baxış keçirilməsi, şəxsin həmin ünvanda yaşayıb-yaşamaması, həmin ünvanda üzərinə həbs yönəldilə biləcək əmlakın olub-olmamasını yoxlamasına dair hər hansı sənəd mövcud deyil. Bu isə icra məmurları tərəfindən Şəxs ünvanına baxış keçirilməməsi, icra məmurları tərəfindən icra işi üzrə borclu olan Şəxs əmlakının axtarılmaması və gəlirlərinin araşdırılmaması, bununla da “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülməməsinə dəlalət edir ki, bu da yolverilməzdir. Beləliklə də, icra məmuru işi səthi araşdıraraq, yalnız icra işi üzrə borclu, hazırki inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildiriş və xəbərdarlıq göndərməklə, onun ölkədən getmə hüququnun məhdudlaşdırılmasına dair məhkəməyə təqdimat verməklə və hazırki inzibati xəta haqqında protokolu tərtib etməklə öz işlərini bitmiş hesab etmişdir ki, bu da yolverilməzdir və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun mahiyyətinə ziddir. Məhkəmə onu da qeyd edir ki, belə hallar təkrarlandığı təqdirdə icra məmuru barəsində məhkəmə tərəfindən intizam tənbehinin tətbiq edilməsi barədə baş icra məmuruna təqdimat verilməsi üçün əsasdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-in 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs xx.xx.2013-cü il tarixdə ünvan 1ində anadan olmuşdur. ünvan 1ində yaşayır. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN- ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bərdə Rayon Məhkəməsinin icra sənədi üzrə tələblərini yerinə yetirməmiş, yaranmış 15213 manat Pərviz Poladova, 774 manat "xxxx"a borcunu tam ödəməmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-2879/2023 nömrəli icra sənədindən görünür ki, iddiaçı X5 cavabdeh Şəxs qarşı “pul” tələbinə dair iddiası təmin olunmalı, cavabdeh Şəxs 15000 manat pul, 200 manat vəkilə ödənilmiş pul və 13 manat dövlət rüsumu tutularaq iddiaçı X6 verilməlidir. Bərdə rayon İcra Şöbəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından və bildirişdən görünür ki, borcluya borcunu ödəməsi üçün xəbərdarlıq edilmişdir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8(021)-811/2023 nömrəli qərardadın surətindən görünür ki, təqdimat təmin edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-2879/2023 nömrəli icra sənədi üzrə borclu xx.xx.1978-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, ünvan 1ində qeydiyyatda olan və yaşayan Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, borclu xx.xx.1978-ci il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Bərdə rayon Polis Şöbəsi tərəfindən Rusif Quliyevə ünvanlanmış məktubdan görünür ki, Bərdə rayon Hüseynalılar kəndində anadan olmuş, xx.xx.1978-ci il təvəllüdlü ünvan 1ində qeydiyyatda olan, borcunu verməkdən boyun qaçıran Şəxs yerinin müəyyən edilməsi məqsədi ilə onun barəsində xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-si tərəfindən 301030 nömrəli yerli axtarış işi açılmışdır. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e-2(021)-2475/2023 nömrəli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli müqavilə əsasən 740,1 manat əsas borc, 3,9 manat cərimə borcu olmaqla, cəmi 744 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bərdə rayon İcra Şöbəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. Şəxs məhkəməyə ərizə verərək barəsində olan icra işi ilə əlaqədar xx.xx.2024-cü ilə qədər 250 manat ödüyyəcəyini, növbəti aylar isə 250-300 manat ödüyəcəyini bildirmiş və məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-in tələbləri pozulmuşdur ki, protokol və ona əlavə edilmiş materiallar natamam formada məhkəməyə təqdim edilmişdir. Məhkəmə onu da qeyd edir ki, protokolda tarix səhv qoyulmuşdur və ya tərtib edilmişdir, belə ki, protokolda xx.xx.2023-cü il tarixi göstərilmişdir, lakin protokol məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İXM-in 106-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş orqan olan Bərdə rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023cü il tarixli MN-1745288 saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə onu tərtib etmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar