Məhkəmə qərarları › İş №3(021)-830/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-830/2022

04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-830/2022 04.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxxxx 1980-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Bərdə rayonu Tağılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1336/2022 saylı 15 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən 5060 manat ödənilməmiş aliment borcu yaranmış, icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli icra sənədinə əsasən X8 2 uşağın saxlanılması üçün hər ay hər uşağa görə 130 manat miqdarında, cəmi 260 manat miqdarında aliment ödəməlidir. X14 5060 manat aliment borcu vardır. Bel nahiyəsində ağrılar olduğundan heç bir yerdə işləmir, aliment borcunu ödəməyə imkanı yoxdur. Borcunu ödəmədiyindən icra məmuru onu 04 iyul 2022-ci ildə saat 1300-da saxlayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və Bərdə Rayon Məhkəməsinə gətirmişdir. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs hər ay 2 uşağın saxlanılması üçün hər uşağa görə 130 manat miqdarında aliment tutularaq X8 verilməlidir. İcra sənədi onun icraatındadır. Hazırkı vaxtadək Şəxs 5060 manat məbləğində ödənilməmiş aliment borcu qalmış, borclu icra sənədinin icrasından boyun qaçırmışdır. Sonuncu 04 iyul 2022-ci ildə saat 1300 radələrində saxlanılaraq Bərdə Rayon Məhkəməsinə gətirilmişdir. Borclunun onun qanuni tələblərinə tabe olmadığını, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etmədiyini qeyd edərək Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(104)-1336/2022 saylı icra vərəqəsinin surətindən müəyyən olunur ki, Şəxs ilə X12 arasında 13 avqust 2009-cu il tarixdə 518374 nömrə ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 20 iyun 2010-cu il təvəllüdlü X9 atası X4, 05 iyul 2009-cu il təvəllüdlü X13 və 26 avqust 2016-cı il təvəllüdlü X5 anaları X6 yanında saxlanılması, tərəflərin birgə nikahından anadan olmuş 20 iyun 2010-cu il təvəllüdlü X10 yetkinlik yaşma çatana kimi saxlanılması üçün 25 avqust 2020-ci il tarixdən başlayaraq cavabdeh X3 hər ay 130 manat sabit pul məbləğində alimentin Şəxs xeyrinə tutulması, tərəflərin birgə nikahından anadan olmuş 05 iyul 2009-cu il təvəllüdlü X7 və 26 avqust 2016-cn il təvəllüdlü X5 yetkinlik yaşına çatana kim saxlanılması üçün 25 avqust 2020-ci il tarixdən başlayaraq iddiaçı Şəxs hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin cavabdeh X6 xeyrinə tuutlması qət edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı və icra məmurunun izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 04 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1336/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2 uşağın saxlanılması üçün hər ay hər uşağa görə tələbkar Ceyhunə Ağayevaya 260 manat miqdarında aliment ödəməli olduğu halda, borclunu ödəməmiş, 5060 manat aliment borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 04 iyul 2022-ci ildə saat 1300-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 04 iyul 2022-ci il tarixdən saat 1300-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 528.1, 360,362-365,425,430- 432-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 04 iyul 2022-ci il tarixdən saat 1300-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar