Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-832/2021 20.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxslər X5 X9 X13 iştirakı ilə xx xxxxx 1989-cu ildə Yexlax şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, evli, Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 31 iyul 2021-ci il tarixdə Bərdə rayonu Divanlı kəndi ərazisində yerləşən artezyan quyusunun elektrik naqilini oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 iyul 2021-ci il tarixdə Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən artezyan quyusunun elektrik naqilini oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 iyun 2021-ci il tarixə keçən gecə Bərdə rayonu Qayalı kənd sakini X3 istifadə etdiyi subartezyan quyusunun 36 metr, 72 manat dəyərində elektrik naqilini Ağdam rayon sakini X14 ilə oğurlamışdır. Bundan başqa Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 iyul 2021-ci il tarixdə Bərdə rayonu İkinci Hacallı kəndində su quyusunun elektrik naqilini X14 ilə birlikdə oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verib bildirmişdir ki, 31 iyul 2021-ci il tarixdə Bərdə rayonu Divanlı kəndi ərazisində yerləşən artezyan quyusunun elektrik naqilini, 22 iyul 2021-ci il tarixdə Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən artezyan quyusunun elektrik naqilini, 06 iyun 2021-ci il tarixə keçən gecə Bərdə rayonu Qayalı kənd sakini X3 istifadə etdiyi subartezyan quyusunun 36 metr, 72 manat dəyərində elektrik naqilini Ağdam rayon sakini X14 ilə oğurlamışdır. Bundan başqa 08 iyul 2021-ci il tarixdə Bərdə rayonu İkinci Hacallı kəndində su quyusunun elektrik naqilini X14 ilə birlikdə oğurlamışdır. Özü sürücü olmuş, hər oğurluqda ona sürücü kimi pul verilmişdir. 20 avqust 2021-ci ildə saat 0300-da Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bərdə rayon Polis şöbəsinə gətirilmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 göstərmişdir ki, Şəxs 06 iyun 2021-ci il tarixə keçən gecə Bərdə rayonu Qayalı kəndində yerləşən və istifadəsində olan subartezyan quyusunun 36 metr uzunluğunda, 72 manat dəyərində elektrik naqilini oğurlamışdır. Ona dəymiş ziyan ödənilmədiyindən Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X16 göstərmişdir ki, Şəxs 31 iyul 2021-ci il tarixdə Bərdə rayonu Divanlı kəndi ərazisində yerləşən artezyan quyusunun elektrik naqilini oğurlamışdır. Ona dəymiş ziyan ödənilmədiyindən Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X17 göstərmişdir ki, Şəxs 08 iyul 2021-ci il tarixdə Bərdə rayonu İkinci Hacallı kəndində ona məxsus su quyusunun elektrik naqilini oğurlamışdır. Ona dəymiş ziyan ödənilmədiyindən Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X6 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 09 avqust 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X7 müraciəti əsasında toplanmış və HK-1-2572 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bərdə rayonu Divanlı kəndində yaşayan X7 nəzarətçisi olduğu “0145 SK” saylı artezyanın elektrik naqillərini oğurlayan naməlum şəxsin şəxsiyyəti və yeri gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X15 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 31 iyul 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Bərdə rayonu Qaradağlı kəndində yaşayan X11 müraciəti əsasında toplanmış HK-1-2436 saylı material üzrə cinayət işi başlanması rədd edilmiş, Bərdə rayonu Qaradağlı kəndində yaşayan X11 evinin qarşısında yerləşən su arteziyan quyusunun təxminən 350 manat dəyərində olan 70 metr uzunluğunda elektrik naqilini kəsərək oğurlamış maməlum şəxs və ya şəxslərin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinin İTB-nə verilmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X18 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 16 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X3 məlumatı əsasında toplanmış HK-1-1784 saylı torplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, 05.06.2021-ci il tarixdən 06.06.2021-ci il tarixə keçən gecə Bərdə rayonu Qayalı kəndində yaşayan X4 pay torpağını suvarması üçün istifadə etdiyi subartezyan quyusunun 36 metr, 72 manat dəyərində elektrik naqillərini oğurlamış şəxsin gələcəkdə tapılaraq barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin X2 verilmişdir. İş materiallarında olan Bərə rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X8 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 17 iyul 2021-ci il tarixli qərarından müəyyən olunur ki, X12 müraciəti əsasında toplanmış HK-2279 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bərdə rayonu İkinci Hacallı kəndində yerləşən 440 nömrəli artezyandan elektrik naqili oğurlayan şəxs və ya şəxslər gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, zərərçəkmiş şəxsləri dindirib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında protokollar və Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Şəxs törətdiyi inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi üç ay olduğundan sonuncunun barəsində törətdiyi hər inzibati xətaya görə 30 gündən az cəza təyin edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 20 avqust 2021-ci ildə saat 0300-da saxlanılaraq Bərdə rayon Polis şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 227, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 3(021)-829/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün, 3(021)-830/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün, 3(021)-831/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün, 3(021)-832/2021 saylı inzibati xəta haqqında material üzrə otuz gün müddətə inzibati tənbeh növündə həbs edilsin. Şəxs üzərində qəti olaraq 01(bir) ay 10(on) gün müddətə inzibati tənbeh növündə həbs saxlanılsın. İnzibati həbs etmənin əvvəli 20 avqust 2021-ci il tarixdən saat 0300-dan hesablansın. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-832/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-832/2021
20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver