Məhkəmə qərarları › İş №3(021)-833/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-833/2022

05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-833/2022 05.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X19 iclas katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X35 İdarəsinin Xİİİ Tağım BYPX inspektoru polis kapitanı X26, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X13 iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Şirvanlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə Xİİİ Tağım Baş Yol Patrul Xidmətinin inspektoru polis kapitanı X26 tərəfindən 05 iyul 2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ondan ötəri ki, Şəxs İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərərin vurulması halına yol vermişdir. Bununlada o, İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X35 İdarəsinin Xİİİ Tağım BYPX inspektoru polis kapitanı X26 çıxış edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 16:15 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu ərazisindən keçən 24-cü kilometrliyində sürücü Şəxs sürücülük hüququ olmadan idarə etdiyi "Mercedes Benz 0305C” avtobus markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ hərəkət zolağı ilə Yevlax rayonu istiqamətində 55 km/saat sürətlə hərəkətdə olan zaman qarşısında eni zolaqda işıqforun qırmızı işığında dayanmış vəziyyətdə olan “Opel Astra” minik markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə araməsafəsi saxlama qaydasını pozub ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törədərək, "Mercedes Benz 0305C" avtobus markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ hissəsi ilə qoşa xətdən sağa doğru 3 metr məsafədə “Opel Astra minik markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuş, həmin anda "Mercedes Benz 0305C” avtobus markalı avtomobilin arxa sol təkəri qoşa xətdən 1,5 metr sağa doğru məsafədə “VAZ 21013" minik markalı **-BJ-*** dövlət qeydiyyat nişalı avtomobilin qabaq sağ hissə ilə toqquşmuş, daha sonra “Opel Astra” minik markalı **-FX- *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sol hissəsi ilə qoşa xətdən sağa doğru 3,5 metr məsafədə "Opel Astra" markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağı ilə toqquşmuşdur. Toqquşma nəticəsində X14 yüngül dərəcəli bədən xəsarətləri almış və Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Həmçinin toqquşma nəticəsində hər 4 avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş hadisə yerinə baxış keçirilmiş, sxem və foto şəkillər çəkilmiş, məhkəmə-tibbi ekspertizası təyin edilmiş, sürücülər sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş, nəticədə Şəxs barəsində 06 iyun 2022-ci il tarixli cinayət işinin başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması və qərarın surəti inzibati tənbeh tədbiri görülməsi üçün Baş X35i İdarəsinə göndərilmişdir. Hazırda Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə 05 iyul 2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə verilmişdir. Protokolu müdafiə edərək baxılıb qanuni tənbehin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü törətdiyi əməldə təqsirli bilərək izahatında göstərdi ki, "Mercedes Benz 0305C" avtobus markalı **- LC-*** dövlət qeydiyyat nişanlı avtomobil onundur, onun B kateqoriyalı sürücülük vəsiqəsi vardır, avtobusun idarə edilməsi üçün sürücülük hüququ yoxdur. xx.xx.2022-ci il taridə saat 16:15 radələrində idarə etdiyi “Mercedes Benz 0305C" avtobus markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhərindən çıxıb Bakı şəhərinə getmək üçün yola düşmüşdür. Bərdə rayonu Şirvanlı kəndi ərazisində yolun sağ zolağı ilə hərəkətdə olan zaman qarşıda işıqfor olduğunu görmüşdür. Görmüşdür ki, qarşıda "Opel Astra" markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil arxasında isə başqa “Opel Astra” minik markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışlar və işıqforun yaşıl işığının yanmasını gözləmişlər. O, həmin dayanmış avtomobilləri görəndə məsafə yaxın olduğundan avtobusu saxlaya bilməmişdir. Tormoz versə də gec olmuş, avtobusun qabaq sağ hissəsi qarşısında dayanmış “Opel Astra” minik markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasından dəyərək toqquşmuş, zərbədən sonuncu avtomobil qarşıya gedib qarşıda dayanan "Opel Astra" markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O, qarşısında dayanmış avtomobilləri görüb sürətini azaldan zaman Yevlax şəhəri istiqamətində yolun solundan Şorəlli kəndi ərazisindən “VAZ 21013" minik markalı **-BJ-*** dövlət qeydiyyat nişalı avtomobil sol tərəfdən gələrək qabaq sağ tərəfi ilə onun avtobusunun sol karxa təkərinə dəyərək toqquşmuşdur. “Opel Astra" minik markalı **-FX- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xəsarət alıb Bərdə rayon Diaqnostika mərkəzinə müraciət etmişdir. Hadisə zamanı xəsarət almamış, avtomobili 55 km/saat sürətlə idarə etmiş, yoldan 5-6 nəfəri müştəri kimi mindirmişdir, heç bir xəsarət almamışlar, həmin şəxslər yol avtomobilinə minib getmişlər. Spirtli içki qəbul etməmişdir. Maddi imkanı olmadığından zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X21 izahatında göstərdi ki, onun sürücülük hüququ vardır. İdarə etdiyi "Opel Astra" markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil onundur. xx.xx.2022-ci il tarixdə saat 16:15 radələrində idarə etdiyi avtomobillə Bərdə şəhərindən Ağdaş rayonu istiqamətində hərəkətdə olmuşdur. Bərdə rayonu Divanlı kəndi ərazisi ilə yolun sağ zolağı ilə hərəkətdə olan zaman qarşıda işıqforun qırmızı isığının yandığını görüb avtomobili saxlamışdır. Aradan 7-8 saniyə kecmiş arxasında dayanan “Opel Astra minik markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa hissəsindən “Mercedes Benz 0305C" avtobus markalı **-LC-*** dövlət qeydiyyat nisanlı avtomobil vurmuşdur. Zərbədən arxasında dayanan "Opel Astra” minik markalı avtomobil qabağa gələrək onun avtomobilin arxa hissəsindən dəyərək toqquşmuşdur. Hadisə zamanı o, xəsarət almamış, avtomobildə tək olmuş, spirtli içki qəbul etməmiş, onun avtomobili ilə toqquşmuş avtomobilin sürücüsü yüngül xəsarət almışdır. Avtomobilinə dəymiş ziyan ödənilməmiş və Şəxs tərəfindən ödənilməsini tələb edir. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X35 İdarəsinin Xİİİ Tağım BYPX inspektoru polis kapitanı X26 tərəfindən tərtib edilmiş 05 iyul 2022-ci il tarixli, İXP № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 05 iyul 2022-ci il tarixdə saat 09:55-də X34 yolunun 17-ci kilometrliyində idarə etdiyi “Mercedes Benz 0305C” avtobus markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq, İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AD № 092642 saylı X7 Şəhadətnaməsinin surətindən “Mercedes Benz 0305C” avtobus markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X11 mülkiyyətindədir. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİ № 311261 saylı Etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X20 tərəfindən Şəxs “Mercedes Benz 0305C” avtobus markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəliyyat vasitəsini xx.xx.2020-ci il tarixdən 1 (bil) il müddətinə, xx.xx.2021-ci il tarixinədək idarə etmək hüququ verilmişdir. AD № 681226 saylı X7 Şəhadətnaməsinin surətindən “Opel Astra” minik markalı 99UN355 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X13 mülkiyyətindədir. AB № 763166 saylı X7 Şəhadətnaməsinin surətindən “VAZ-21013” minik markalı 09BJ178 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 mülkiyyətindədir. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-İV № 274114 saylı Etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X15 tərəfindən X12 “VAZ-21013” minik markalı 09BJ178 dövlət qeydiyyat nişanlı nəliyyat vasitəsini xx.xx.2012-ci il tarixdən 6 il 7 ay 3 gün müddətinə, xx.xx.2024-cü il tarixinədək idarə etmək hüququ verilmişdir. X7 Şəhadətnaməsinin surətindən surətindən “Opel Astra” minik markalı markalı, 77FX408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X16 mülkiyyətindədir. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİİ № 271337 saylı Etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X22 tərəfindən X8 “Opel Astra” minik markalı markalı, 77FX408 dövlət qeydiyyat nişanlı nəliyyat vasitəsini xx.xx.2022-ci il tarixdən 1 il müddətinə, xx.xx.2023-cü il tarixinədək idarə etmək hüququ verilmişdir. AB № 518661 saylı Sürücülük vəsiqəsindən görünür ki, X18 BD dərəcəli sürücülük hüququ verilmişdir. AC № 410215 saylı Sürücülük vəsiqəsindən görünür ki, X12 B dərəcəli sürücülük hüququ verilmişdir. AE № 221283 saylı Sürücülük vəsiqəsindən görünür ki, X8 BC dərəcəli sürücülük hüququ verilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş 682 saylı, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, sürücü X3 əlaməti aşkar olunmamışdır. İnzibati işin materiallarına əlavə edilmiş 683 saylı, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, sürücü Şəxs sərxoşluq əlaməti aşkar olunmamışdır. İnzibati işin materiallarına əlavə edilmiş 684 saylı, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, sürücü X2 əlaməti aşkar olunmamışdır. İnzibati işin materiallarına əlavə edilmiş 685 saylı, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, sürücü X1 əlaməti aşkar olunmamışdır. Məhkəmə tibbi- ekspertizasının xx.xx.2022-ci il tarixli 384 saylı Rəyindən görünür ki, X6 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol gözün ağlı qişasına yayılmış qansızma ilə müşaiət olunan gözətrafı nahiyənin qançırı və dərialtı hematoması, burun belinin şişkinliyi və burun qanaxması küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd edilən xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X23 tərəfindən qəbul edilmiş 06 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 16:15 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu ərazisindən keçən 24-cü km-də, sürücü X13 idarə etdiyi "Opel Astra" markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil, sürücü Şəxs idarə etdiyi "Mercedes Benz 0305C" avtobus markalı 10 LC-127 dövlət qeydiyyat nişanlı avtomobil, X10 idarə etdiyi "VAZ 21013” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişalı avtomobil və X6 idarə etdiyi “Opel Astra” minik markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sürücü X14 Xəsarət alaraq Bərdə rayon mərkəzi Xəstəxanasına müraciət etmiş, həmin fakt əsasinda araşdirma aparilmiş və Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması və qərarın surəti inzibati tənbeh tədbiri görülməsi üçün Baş X35i İdarəsinə göndərilmişdir. Həmçinin həmin qərardan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 16:15 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu ərazisindən keçən 24-cü kilometrliyində sürücü Şəxs sürücülük hüququ olmadan idarə etdiyi "Mercedes Benz 0305C” avtobus markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ hərəkət zolağı ilə Yevlax rayonu istiqamətində 55 km/saat sürətlə hərəkətd olan zaman qarşısında eni zolaqda işıqforun qırmızı işığında dayanmış vəziyyətdə olan “Opel Astra” minik markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə araməsafəsi saxlama qaydasını pozub ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törədərək, həmin avtomobilin sürücüsü zərərçəkmiş X8 yüngül dərəcəli bədən xəsarətləri alması, eyni zamanda zərər görmüş avtomobillərə maddi zərər vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətmişdir. Qeyd edilən inzibati maddələrdən 332.4-cü maddə yüksək hədd olduğundan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX Alayına göndərilmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddələrində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddələrində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddələrində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddələrində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş, zərərçəkmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar