Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-834/2022 25.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 10144356 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş vermiş olduğu şikayətə açiq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2021-ci il tarixli, EQ 10144356 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi xx.xx.2021-ci il tarixdə onun Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inziba xətanı törətməyini əsas göstərərək haqqında EQ 10144356 nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və elə həmin tarixdə həmin protokol əsasında onun 60 (altmış) manat məbləğində inzibati qaydada cərimə edilməyi haqqında EQ 10144356 No li inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Həmin qərarı qeyri-qanuni və əsassız hesab edir. Belə ki, Azərbayca Respublikası DİN BDYPİ-nin xx.xx.2021-ci il tarixli EQ 10144356 No 11 inzibati xəta haqqında protokolu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 101-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə tərtib edilmişdir. Həmçinin o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Hesab edir ki, barəsində tərtib olunmuş protokol əsassızdır. Daha sonra X4 ərizəsinə dəqiqləşdirmə verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 10144356 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 15 iyul 2022-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 10144356 saylı inzibati tənbeh vermə haqqında qərarında qeyd olunan avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. O, "xxxx" MMC-də işlədiyi müddətdə həmin avotmobili etibarnamə əsasında idarə etmişdir. Həmçinin onunla yanaşı həmin avtomobili şirkətin digər əməkdaşları da idarə etmişdir. Qərarda göstərilən tarixdə isə həmin avtomobili o, idarə etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri, həmçinin işdə olan materialı tam və hərtərəfli araşdıraraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AD 745597 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “RAVON NEXİA R3 SX” minik markali 99PG289 dövlət qeydiyyat nömrə nişanli nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 10144356 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2021-ci il tarixdə saat 17:19 radələrində X6 yolunun 13.2 kilometrliyində “RAVON NEXİA R3 SX” minik markali 99PG289 dövlət qeydiyyat nömrə nişanli nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətlə hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 60 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 10144356 saylı inzibati tənbeh vermə haqqında qərarında qeyd olunan avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. X1 isə məhkəmə iclasında bildirmişdir ki, o, "xxxx" MMC-də işlədiyi müddətdə həmin avotmobili etibarnamə əsasında idarə etmişdir. Onunla yanaşı həmin avtomobili şirkətin digər əməkdaşları da idarə etmişdir. Qərarda göstərilən tarixdə isə həmin avtomobili o, idarə etməmişdir. Məhkəmə bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə sorğu verərək, X2 barəsində inzibati inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasına əsas olmuş sənədlərin və sübutların məhkəməyə göndərilməsini xahiş etmiş, lakin sorğuya cavab verilməmişdir. Məhkəmə təqsirsizlik prezumpsiyası prinsipinə əsaslanaraq hesab edir ki, X2 təqsiri sübuta yetmədiyindən o, təqsirsiz hesab edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 10144356 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İXM-nin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsini rəhbər tutuaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 10144356 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 barəsində İXM-in 327.2-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-834/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-834/2022
25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver