Məhkəmə qərarları › İş №3(021)-834/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-834/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-834/2025 24.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlu, X3 tərəfindən verilmiş inzibati xəta haqqında qərarların ləğv edilməsi barədə şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsinin barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş şikayət ərizəsindən görünür ki, X3 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamasını nəzərə alınaraq, şikayətçiyə inzibati tənbeh vermə haqqında qərarların ləğv edilmələri barədə ayrı-ayrılıqda verilmiş şikayət ərizələri ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv olunmasına dair şikayət və ona əlavə olunmuş materiallar X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar