Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-835/2022 20.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X8 iclas katibliyi ilə, xx.xx.1967-ci il tarixdə Laçın rayonunda doğulmuş, Bərdə rayonu, Təhlə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon polis şöbəsindən daxil olmuş İXP № ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də işdə iştirak edən şəxslər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan materiallarla sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 04:15-də “Mercedes BENZ E 270 CDİ” markalı, 99GO484 avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törədərkən İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Bərdə RPŞ-nin İB-nin müstəntiqi Dilsuz Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış HK-1/1452 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon Polis Şöbəsinin DYPB-nə görədilmişdir. Həmçinin xx.xx.2022-ci il il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs sürücülük hüquqi olmaqla etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz E270 CDİ” minik markalı ** GO *** dövlət eydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən avtomobil ehtiyat hissələri mağazasının qarşısında geriyə dönmə əməliyyatı yerinə yetirən zaman arxa istiqamətdə hərəkətdə olan avtomobilləri gözləməli olduğu halda hərəkətinə davam edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, idarə etdiyi avtomobilin hərəkət hissəsində təhlükəsiz hərəkətinin təmin edilməsi baş verməməsi ilə nəticələnən idarəetmə ilə əlaqədar hərəkətləri (manevr) aparmamalı olduğu halda bunları etməyərək, yolu düzgün çönmədiyi üçün, yolun digər istiqaməti ilə hərəkətdə olan Yevlax şəhərində yaşayan X1 hüququ olmaqlaq etibarnamə əsasında idarə etdiyi “VAZ-2106" markalı, ** CH *** dövlət qetdiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində X5 idarə etdiyi “VAZ- 2106” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş, sərnişin X2 diz oynağının əzilmiş yarası, sağ əl pəncəsinin qançırı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan müəyyən olunur ki, "MTE və PA" ETT Birliyinin Bərdə zona mərkəzinin xx.xx.2022-ci il tarixli, 238 nömrəli rəyinə əsasən X9 bədəni üzərində xəsarətlər- sağ diz oynağının əzilmiş yarası, sağ əl pəncəsinin qançırı və sıyrığı küt əşyanın (əşyaların) təsrindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı törənə bilər, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Həmçinin xx.xx.2022-ci il il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, AC 394024 nömrəli "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi"nin surətindən görünür ki, “VAZ-2106” minik markalı ** CH *** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ X10 məxsusdur. Həmçinin xx.xx.2022-ci il il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 859442 nömrəli etibarnamənin sürətindən görünür ki, VAZ-2106 markalı, ** CH *** dövlət eydiyyat nişanlı avtomobil sürücü X7 etibar edilmişdir. Həmçinin xx.xx.2022-ci il il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, BC kateqoriyalı AE 233971 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X5 avtomobil idarə etmək hüququ vardır. Həmçinin xx.xx.2022-ci il il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi"nin surətindən görünür ki, "Mercedes Benz E270 CDİ” minik markalı ** GO *** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ X6 məxsusdur. Həmçinin xx.xx.2022-ci il il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 010902 nömrəli etibarnamənin sürətindən görünür ki, "Mercedes Benz E270 CDİ” minik markalı ** GO *** dövlət eydiyyat nişanlı avtomobil sürücü X4 etibar edilmişdir. Həmçinin xx.xx.2022-ci il il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, B1, B kateqoriyalı BC 754060 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X3 avtomobil idarə etmək hüququ vardir. Azərbaycan Respublikası İXM-nin 327.8.ci maddəsinə sasən, Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzası növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, bаrəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-835/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-835/2022
20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver