Məhkəmə qərarları › İş №3(021)-837/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-837/2022

28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-837/2022 28.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, X2 tərəfindən Azərbaycan Respublikasının Məkəzi Bankının xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından verilmiş şikayətə baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X2 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayətə və ona əlavə olunmuş sənədlərə baxaraq belə nəticəyə gəlir ki, X2 tərəfindən Azərbaycan Respublikasının Məkəzi Bankının xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X2 həmin qərarı hansı tarixdə almasını təsdiq edən sənədi şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Məkəzi Bankının xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından X1 verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARAALDİ: Azərbaycan Respublikasının Məkəzi Bankının xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından X1 verdiyi şikayət geri qaytarılsın . Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar