Məhkəmə qərarları › İş №3(021)-838/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-838/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-838/2022 15.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, inzibati xəta törətmiş şəxs X2 iştirakı ilə xx xxxx 2001-ci ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, subay, Kəlbəcər rayonu Taxtabaşı kəndində qeydiyyatda olan və Bərdə şəhəri, Sabir küçəsi ev 40-da yaşayan X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 05 iyul 2022-ci ildə saat 1533-də KHAZAR SD minik markalı 99 PR-469 dövlət qeydiyyat nişanlı avtomaşına sayrışan işılqlar quraşdıraraq idarə etmişdir. X1 Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş X5 göstərmişdir ki, KHAZAR SD minik markalı 99 PR-469 dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. Avtomobilinə sayrışan işıqlar quraşdırmışdır. 05 iyul 2022-ci ildə Bərdə şəhəri, Koroğlu küçəsində hərəkətdə olarkən polis əməkdaşları idarə etdiyi avtomobili saxlamış və avtomobilə sayrışan işıqlar quraşdırdığına görə avtomobilini cərimə meydançasına aparmışlar. 08 iyul 2022-ci ildə usta apararaq avtomobilə quraşdırdığı iki ədəd sayrışan işlıqları sökdürmüşdür. Avtomobilinə sayrışan işıqlar quraşdırdığına görə peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs X3 ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında 07 iyul 2022-ci il tarixli İXP ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün X4 inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə X4 inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 342.9, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İnzibati xəta törətmiş X5 Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş 2(iki) ədəd sayrışan işıqlar müsadirə edilməklə 800(səkkiz yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar