Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-84/2022 27.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş EQ ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 29.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.1-1-ci maddəsi ilə təqsirli bilinib 50.0 manat məbləğində cərimə edilmiş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyi üçün Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər . İşə əlavə edilmiş EQ ******* nömrəli inzibati xəta haqqında elektron protokolun surətindən və DİN-nin DYP Web Portalından çıxarışdan görünür ki, Şəxs 29.06.2021-ci il tarixdə İXM-nin 329.1-1-ci maddəsi ilə təqsirli bilinib 50.0 manat məbləğində cərimə olunmuş, cəriməni gecikdirdiyinə görə 17.5 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43,114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutub məhkəmə, q ə r a r a a l d ı: xx.xx.1952-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Şərəfli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yevlax 7 saylı RQİŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-84/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-84/2022
27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver