Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-841/2022 13.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Bərdə rayon Həsənqaya kəndində anadan olmuş, Bərdə rayonu Həsənqaya kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə verilmişdir. Bərdə rayon icra şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)579 saylı 08 aprel 2021-ci il tarixli və Bərdə Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(021)- 1565/2020 saylı icra sənədləri üzrə borcunu dəfələrlə xəbərdarlıq olunmasına baxamayaraq icra sənədlərinin icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X4 izahat verərək göstərdi ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq olunamasına baxamayaraq Gəncə Apellyasiya Məhkəməsinin 2(104)579 saylı xx.xx.2021-ci il tarixli sənədi üzrə 3500 manat və Bərdə Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(021)-1565/2020 saylı icra sənədi üzrə 1545 manat borcunu ödəməmişdir. Borclu hazırda tələbkarın xeyrinə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)579 saylı xx.xx.2021-ci il tarixli sənədi üzrə 2000 manat ödəmişdir. Qərarı məhkəmənin mülahizəsini buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, iyun ayından bu günə qədər vaxt ərzində Bərdə Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(021)-1565/2020 saylı icra sənədi üzrə tələbkarın xeyrinə 1099 manat (bir min doxsan doqquz) manat aliment pulu, Gəncə Apellyasiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(104)-579/2021 saylı saylı icra sənədi üzrə borcundan 2000 manat ödəmişdir. Ödənişlərinin nəzərə alıb barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatını dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi aradan qalxdığı üçün icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(021)-1565/2020 saylı saylı icra sənədindən görünür ki, 17 oktyabr 2010-cu ildə anadan olmuş X2 və 01 mart 2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)- 3766/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat məbləğində müəyyən edilməklə cavabdeh Şəxs alınaraq X1 xeyrinə ödənilməsi qət olunmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(104)-579/2021 saylı saylı icra sənədindən görünür ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri “Volkswagen Passat” markalı ** EC *** dövlət nömrə nişanli avtomobilin dəyəri olan 7000 manat pulun yarısı -3500 manat məbləğində Şəxs alınaraq X1 xeyrinə ödənilməsi qət olunmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş ödəniş xx.xx.2022-ci il trixli qəbzin surətindən görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(021)-1565/2020 saylı saylı icra sənədi üzrə tələbkar X1 xeyrinə 399 manat ödəmişdir. İnzibati işin materiallarına əlavə edilmiş ödəniş xx.xx.2022-ci il trixli qəbzin surətindən görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(021)-1565/2020 saylı saylı icra sənədi üzrə tələbkar X1 xeyrinə 700 manat ödəmişdir. İnzibati işin materiallarına əlavə edilmiş ödəniş xx.xx.2022-ci il trixli qəbzin surətindən görünür ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(104)- 579/2021 saylı saylı icra sənədi üzrə tələbkar X1 xeyrinə 2000 manat ödəmişdir. Beləliklə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2022-ci ilin iyun ayından hazırki vaxtadək Bərdə Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(021)-1565/2020 saylı icra sənədi üzrə tələbkarın xeyrinə 1099 manat (bir min doxsan doqquz) manat aliment pulu, Gəncə Apellyasiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(104)-579/2021 saylı saylı icra sənədi üzrə borcundan 2000 manat ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qərəzli olaraq icra sənədinin icrasından yayınmasından və əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-841/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-841/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver