Məhkəmə qərarları › İş №3(021)-842/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-842/2022

13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-842/2022 13.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 iştirakı ilə xx xxxxxx 1980-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 5, mənzil 92-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)- 1677/2021 saylı 25 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən 3000 manat ödənilməmiş aliment borcu yaranmış, icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli icra sənədinə əsasən X1 2 uşağın saxlanılması üçün hər ay hər uşağa görə 130 manat miqdarında, cəmi 260 manat miqdarında aliment ödəməlidir. X5 3000 manat aliment borcu vardır. Hazırda heç bir yerdə işləmir. Aliment borcunu ödəməyə imkanı yoxdur. Borcunu ödəmədiyindən icra məmuru onu 13 iyul 2022-ci ildə saat 1100-da saxlayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və Bərdə Rayon Məhkəməsinə gətirmişdir. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs hər ay 2 uşağın saxlanılması üçün hər uşağa görə 130 manat miqdarında aliment tutularaq X1 verilməlidir. İcra sənədi onun icraatındadır. Hazırkı vaxtadək Şəxs 3000 manat məbləğində ödənilməmiş aliment borcu qalmış, borclu icra sənədinin icrasından boyun qaçırmışdır. Sonuncu 13 iyul 2022-ci ildə saat 1100 radələrində saxlanılaraq Bərdə Rayon Məhkəməsinə gətirilmişdir. Borclunun onun qanuni tələblərinə tabe olmadığını, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etmədiyini qeyd edərək Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(021)- 1677/2021 saylı icra vərəqəsinin surətindən müəyyən olunur ki, mülki işə mahiyyəti üzrə baxılanadək cavabdeh Şəxs 19 aprel 2021-ci il tarixdən başlayaraq 24 yanvar 2007-ci il təvəllüdlü X2 və 27 avqust 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda 130 manat olmaqla cəmi 260 manat miqdarında aliment alınaraq X1 verilməsi qərara alınmışdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı və icra məmurunun izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 13 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-1677/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2 uşağın saxlanılması üçün hər ay hər uşağa görə tələbkar Günay Rüstəmovaya 260 manat miqdarında aliment ödəməli olduğu halda, borclunu ödəməmiş, 3000 manat aliment borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 13 iyul 2022-ci ildə saat 1100-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 13 iyul 2022-ci il tarixdən saat 1100-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 528.1, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 13 iyul 2022-ci il tarixdən saat 1100-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar