Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-845/2022 15.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə rayon yol patrul xidməti inspektoru polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Bərdə rayon Vəkil Bürosunun vəkili Vəkil iştirаkları ilə, xx.xx.2001-ci ildə Rusiya Federasiyasının Tümen Vilayətinin Tümen şəhərində anadan olmuş, işləməyən, Bərdə rayonu, Lək Meşəsinin ərazisində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 511.1.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci ildə saat 22:10 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində Mercedes Benz E 270 CDİ Minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsindəndə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon yol patrul xidməti baş inspektoru X4 izahatında göstərdi ki, xx.xx.2022-ci ildə saat 22:10 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində Mercedes Benz E 270 CDİ Minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs avtomobili manevr qaydalarını pozaraq nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə etmişdir. Bundan başqa Şəxs yol hərəkət qaydası pozuntusunun qarşısını almağa çalışan DYPB-nin əməkdaşları tərəfindən verilmiş saxla işarəsinə əməl etməmişdir. Bunla da Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsindəndə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Həmçinin protokol tərtib etmiş şəxs Bərdə rayon yol patrul xidməti baş inspektoru X4 həmin hadisənin görüntüsünü əks etdirən videogörüntünü məhkəməyə təqdim etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü qismən təqsirli bilərək göstərdi ki, Mercedes Benz E 270 CDİ Minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ əsasında etibarnaməyə əsasən idarə edir. xx.xx.2022-ci il tarixdə saat 22:10 radələrində anası şəkər xəstəsi olduğundan ona dərman almağa getmiş, Bərdə şəhəri, H.Əliyev prospektində üzü Ağdam istiqamətində Mercedes Benz E 270 CDİ Minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol polis əməkdaşları ona saxla işarəsi vermiş, polisin saxla işarəsinə məhəl qoymadığından polislər onu təqib edərək saxlatmışlar. Polis əməkdaşı Yelmar yaxınlaşıb və onu döyməyə başlamışdır. Daha sonra zorla nəqliyyat vasitəsini cərimə meydançasına aprmışlar. Onu vurduğuna görə Yol polis əməkdaşı Yelmar barəsində DİNnin 102 xidmətinə və Bərdə rayon prokurorluğuna şikayət vermişdir. Səhvini başa düşdüyünü, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs zor tətbiq edilmiş və idarə etdiyi nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Şəxs barəsində DYP əməkdaşları tərəfindən dərhal, yəni hadisə baş verdiyi gün xx.xx.2022-ci il tarixdə tərtib olunmalı olduğu halda 2 gündən sonra xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Həmçinin protokol tərtib olunarkən Şəxs məlumat verilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:10 radələrində nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin təkərlərini yolun səthindən qaldırmamışdır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq məhkəmədən Şəxs barəsində inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərdi ki, Şəxs xx.xx.2022-ci ildə saat 22:10 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində Mercedes Benz E 270 CDİ Minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən dairəni sürətlə döndüyünə və nəqliyyat vasitəsinin təkərinin yolun səthindən qaldırmaqla idarə etdiyinə görə ona saxla işarəsi vermişlər, lakin sürücü Şəxs onların saxla işarəsinə məhəl qoymamış və hərəkətlərini davam etdirmişdir. Sürücü avomobili idarə edərkən piyadaları vurmaq təhlükəsi yaradırdı. Buna görə də onu təqib edərək saxlatmışlar. Sürücü nəqliyyat vasitəsinin qapısını açmamış və nəqliyyat vasitəsindən enməmişdir. Onun hərəkəti davam etdirməsinə maneçilik törədərək nəqliyyat vasitəsindən enməsinə nail olmuşlar. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 şahid X6 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatlarını təsdiq etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan məhkəmə baxışında tədqiq edilmiş İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolla, videogörüntü və digər iş materialları ilə təsdiq olunur. İnzibati işin materiallarda olan İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə 22:10 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində Mercedes Benz E 270 CDİ Minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə etdiyinə görə ona DYP əməkdaşı tərəfindən verilmiş nəqliyyat vasitəsini saxla işarəsinə məhəl qoymamış və sürücü Şəxs hərəkətlərini davam etdirmişdir. Həmçinin inzibati işin materiallarda olan xx.xx.2022-ci il tarixli 370 saylı qərardan görünür ki, Bərdə rayon prokurorunun böyük köçməkçisi Fərid Xəlilov tərəfindən Şəxs barəsində məhkəmə-tibb ekspertizası təyin edilmişdir. AE №041979 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz E 270 CDİ Minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. BC250329 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsinin surətindən görünür ki, Şəxs sürücülük hüququ verilmişdir. Məhkəmə baxışında təqdim olunmuş videogörüntülərdən görünür ki, manevr qaydasını pozarkən avtomobili yolun səthindən qaldırmaqla idarə etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 511.1.ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: İXM-nin 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 511.1.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən, əməlindən peşma olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz əlli manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 750 (yeddi yüz əlli) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, onun vəkilinə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Azərbaycan Respublikası Baş X12 İdarəsi və Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-845/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-845/2022
15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver