Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-85/2025 25.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, şikayətçi X4 müdafiəçisi Nümayəndə1, X5 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarından X4 müdafiəçisi Nümayəndə1 vermiş olduğu şikayətə baxaraq, Müəyyənetdi: X5 İdarəsinin 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarına əsasən X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmaqla 400 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Şikayətçi X4 müdafiəçisi Nümayəndə1 məhkəməyə şikayət verərək X5 İdarəsinin inspektoru X2 tərəfindən Özbəkistan Respublikası vətəndaşı FA6182521 pasport nömrəli, xx.xx.1977-ci il təvəllüdlü hüquqlarını müdafiə etdiyi X4 barəsində tətbiq edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 3(021)-1228/2024 saylı qərardadına əsasən şikayət X4 müdafiəçisi Nümayəndə1 geri qaytarılmışdır. Həmin qərardaddan X4 müdafiəçisi Nümayəndə1 tərəfindən şikayət verilmiş, şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-49/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qərardadına əsasən Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 3(021) 1228/2024 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi X4 müdafiəçisi Nümayəndə1 şikayətini onunla əsaslandırmışdır ki, X5 İdarəsinin inspektoru X2 tərəfindən Özbəkistan Respublikası vətəndaşı FA0034307 pasport nömrəli, xx.xx.1960-ci il təvəllüdlü hüquqlarını müdafiə etdiyi X4 barəsində xx.xx.2024-cü il tarixdən əcnəbinin iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olunması əsası ilə xx.xx.2024-cü il tarixdə İXM-nin 575.1.4-cü maddəsi ilə MN ******* saylı inzibati xəta protokolu tərtib olunmuşdur. Həmin protokol əsasında da xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən hüquqlarını müdafiə etdiyi əcnəbi vətəndaş barəsində 400 manat cərimə edilməklə 60 gün müddətində ölkə hüdudlarından inzibati qaydada çıxarılma və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması inzibati tənbeh növü tətbiq edilmişdir. Şəxsin izahatı protokolun əsası olaraq götürülmüşdür. Qeyd olunan qərar hüquqlarını müdafiə etdiyi şəxsə xx.xx.2024-cü il tarixdə Miqrantların saxlanılma mərkəzində təqdim edilmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi, əcnəbi şəxs İsveçrə ölkəsinə məxsus CNHİ İnternational şirkətinin Özbəkistandakı istehsal zavodu olan “UZCASEMASH” hüquqi şəxsin xüsusi nümayəndəsi olaraq alqı-satqı üçün ölkəyə göndərilmiş, pambıq yığan kombaynların monitorinqi məqsədi ilə xx.xx.2024-cü il tarixdə ölkəyə ezam edilmişlər. Ezam olunduqları Azərbaycan şirkəti isə CNHİ İnternational şirkətinin Azərbaycandakı rəsmi dileri «X13 » QSC olmuşdur. Əcnəbi şəxs ölkəyə gəldikdən sonra xx.xx.2024-cü il tarixdə Bərdə şəhərində yerləşən PRİNS Hoteldə müvəqqəti qeydiyyata düşmüşdür. xx.xx.2024-cü il tarixdə müvafiq səlahiyyətli orqanın əməkdaşları hüquqlarını müdafiə etdiyi əcnəbi şəxsin yaşadığı hotelə yaxınlaşaraq həmin şəxsi qanunsuz miqrantların saxlanılma mərkəzinə aparmış və orada qanunsuz olaraq saxlamışlar. Hesab edir ki, qeyd olunan qərarda inzibati xəta tərkibi yoxdur və aşağıdakı hallara görə əsassızdır və ləğv edilməlidir. Müvafiq səlahiyyətli orqan tərəfindən Miqrasiya Məcəlləsinin 51-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi də almalıdırlar. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. Qeyd olunan normanın dispozisiyasından da görünür ki, hüquqi şəxs ilk öncə öz fəaliyyət sahəsinə uyğun vəzifə üzrə işçi axtarmalı və ehtiyac yarandıqda xarici mütəxəssisləri həmin işə cəlb etməlidir. Hüquqları müdafiə etdiyi əcnəbi şəxs ölkəyə iş üçün yox müvafiq yoxlama aparılması məqsədi ilə (istehsal etdiyi məhsulların ölkədə satışının yoxlanılması) ezam edilmişdir. Bu faktın digər bir sübutu müvafiq protokolda qeyd olunan X13 QSC-nin fəaliyyət sahəsidir. Həmin şirkətin fəaliyyət sahəsi kənd təsərrüfatı texnikalarının alqısatqısıdır. Həmin şəxs ölkəyə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hər hansı bir hüquqi şəxsin dəvəti ilə yox, öz daxili qərarı ilə gəlmişlər. Ancaq səlahiyyətli orqan tərəfindən tərtib olunan protokolda hüquqlarını müdafiə etdiyi şəxsin guya kombayn operatoru kimi fəaliyyətlə məşğul olması göstərilmişdir. Buradan sual yaranır ki, alqı-satqı fəaliyyəti ilə məşğul olan şirkət “kombayn operatoru” vəzifəsində işçini hansı əsasla işə cəlb etsin?. Ümumiyyətlə ştat cədvəlində bu vəzifə niyə yaradılmalıdır?. Bundan başqa müvafiq hüquqi şəxsi təmsil etdiyi şəxs arasında hər hansı əmək müqaviləsi də bağlanmamışdır. Hüquqlarını müdafiə etdiyi əcnəbi şəxsin əmək fəaliyyəti ilə məşğul olmamasının digər bir bariz sübutu onun müvafiq hüquqi şəxsin fəaliyyət göstərdiyi ofis və ya ərazidə əmək fəaliyyəti ilə məşğul olmamasıdır. Bu halı Səlahiyyətli orqan sübut etməlidir. Hüquqlarını müdafiə etdiyi əcnəbi şəxs barəsində aparılmış inzibati xəta ilə bağlı icraat qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Belə ki, hüquqlarını müdafiə etdiyi əcnəbi şəxs qanunsuz miqrantların saxlanılma mərkəzində qanunsuz otaraq saxlanılmışdır. Çünki qanunvericiliyin tələbinə görə (MM-in 82.2-ci maddəsi) müvafiq icra hakimiyyəti orqanının inzibati qaydada tutma barədə qərarı olduqda şəxs saxlanılmalıdır. Ancaq bununla bağlı hər hansı bir qərar qəbul edilməmişdir. Hüquqlarını müdafiə etdiyi əcnəbi şəxs barəsində inzibati xəta ilə bağlı icraat aparılan zaman müdafiəçi ilə təmin edilməyib. Bu da həmin şəxsdən alınan izahatın doğruluğunu şübhə altına alır. Hesab edir ki, müvafiq izahat basqı altında yazılmışdır. Çünki hüquqlarını müdafiə etdiyi əcnəbi şəxs qanunsuz miqrantların saxlanılma mərkəzindən buraxıldıqdan sonra tərəfindən onunla görüş keçirilmiş və görüşün nəticəsi olaraq “RMX-də müvafiq hüquqi şəxsin işçisi olmadığını, aralarında hər hansı bir əmək münasibətinin olmamasını bildirsə də ona təzyiq edərək etirafedici izahatlar” yazdırılması bildirilmişdir. Bundan başqa səlahiyyətli orqan icraat zamanı işi hərtərəfli araşdırmaq üçün müvafiq hüquqi şəxsin nümayəndəsini də icraata cəlb etməli olduğu halda bunu etməyərək qərar qəbul etmişdir. Məhkəmə iclasında şikayətçi X4 müdafiəçisi Nümayəndə1 şikayətdə və ərizədə göstərdiklərini bir daha təsdiq edərək X5 İdarəsinin inspektoru X2 tərəfindən Özbəkistan Respublikası vətəndaşı FA0034307 pasport nömrəli, xx.xx.1960-cı il təvəllüdlü hüquqlarını müdafiə etdiyi X4 barəsində tətbiq edilmiş xx.xx.2024-cü il tarixli, MN1590369 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında X5 İdarəsinin nümayəndəsi X6 izahatında göstərmişdir ki, X5 İdarəsi olaraq əcnəbi şəxslərin ölkədən qalmaq məslələrinə baxırlar. Azərbaycan Respublikası Nazirlə Kabinetinin qərarına əsasən bəzi orqan vətəşkilatlarda işləyən şəxslər və işçilər icazə almalıdırlar. Lakin X8ə işləmək üçün icazə almamışlar. Bu səbəbdən də barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarı müdafiə edir. Şikayətin təmin edilməməsini xahiş edir. İşə əlavə edilmiş X5 İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən miqrasiya Xidməti müşaviri X3 19 noyabr 2024-cü il tarixli, ******* nömrəli qərarından görünür ki, X11 İXM-nin 575.1.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilməklə 60 gün ərzində ölkə hüdudlarına inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətində məhdudlaşdırılması qərara alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 23 noyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, X7 tərəfindən 400 manat cərimə ödənilmişdir. İşə əlavə edilmiş 25 oktyabr 2024-cü il tarixli, 250 nömrəli əmrdən görünür ki, X11 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Bakı şəhərinə 8 gün müddətinə ezamiyyətə göndərilmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232- 1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482- 1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması; Məhkəmə hesab edir ki, şikayətçi X4 müdafiəçisi Nümayəndə1 tərəfindən X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, qərar X4 Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətində məhdudlaşdırılması hissəsində dəyişdirilməli və həmin hissə ləğv edilərək qərardan çıxarılmalı, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, səlahiyyətli orqan əcnəbinin ölkəyə girişini 5 il müddətinə məhdudlaşdırmışdır və məhkəmə iclasında orqanın nümayəndəsi bu tədbirin qanuni əsası kimi İXM-in 29.3-cü maddəsinə istinad edir. Belə ki, İXM-in: 29.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilir. 29.2. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən tətbiq edilir. 29.3. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmək hüququ 1 ildən 5 ilədək müddətə məhdudlaşdırılır. Lakin, məhkəmə hesab edir ki, hazırki işdə əcnəbi ölkədən kənara çıxarılmışdırsa da ölkəyə gəlişinə qadağa qoyulması Miqrasiya Məcəlləsinin 16.2-ci maddəsi ilə tənzimlənməlidir. Belə ki, Miqrasiya Məcəlləsinin 16.2-ci maddəsinə əsasən Bu Məcəllənin 16.1.6-cı və 16.1.7-ci maddələrində nəzərdə tutulmuş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinə 5 il müddətinə qadağa qoyulur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlmək aşağıdakı hallarda qadağan edilir: 16.1.6. şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda; 16.1.7. şəxs Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə; Hətta Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə də əcnəbi vətəndaşın ölkəyə gəlişinə 5 il müddətinə qadağa qoyulur. Lakin, hazırki işdəki ödəniş sənədindən isə əcnəbi X4 barəsində tətbiq edilmiş 400 manat inzibati cəriməni hələ ölkədən kənara məcburi qaydada çıxarılmadan ödədiyi məlum olur. Belə ki, Miqrasiya Məcəlləsinin 16.4-cü maddəsinə əsasən Bu Məcəllənin 16.1.8-ci maddəsində nəzərdə tutulmuş şəxslər cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə onların Azərbaycan Respublikasına gəlməsi ilə bağlı qadağa dərhal götürülür. Hazırki halda isə X4 Miqrasiya Məcəlləsinin 16.1.6 və 16.1.7-ci maddələrində nəzərdə tutulmuş hallardan heç biri üzrə ölkədən gəlişinə qadağa qoyulmamışdır və əcnəbi hətta ona tətbiq edilmiş inzibati cəriməni də ödəmişdir. Belə olan halda onun ölkəyə gəlişinə 5 il müddətinə qadağa qoyulması əsassızdır və yuxarıda göstərilən normaların tələbləri ilə ziddiyyət təşkil edir. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməli və həmin hissə ləğv edilərək inzibati tənbeh vermə haqqında qərardan çıxarılmalı, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə qərarın qalan hissələrdə dəyişdirilmədən saxlanılması ilə bağlı onu qeyd edir ki, əcnəbi Mumin Muradov ona tətbiq edilmiş inzibati cəriməni ödədiyindən qərarın hüquqi nəticələri ilə razılaşmışdır, həmçinin iş materialları ilə müəyyən edilir ki, əcnəbi vətəndaş X8 İXM-in 575.1.4-cü maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğuna görə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh növündə tədbir tətbiq edilmişdir və iş materiallarında olan DMX-i tərəfindən verilmiş ödəniş sənədinə əsasən həmin məbləğ Mumin Muradov tərəfindən tam şəkildə xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Bundan başqa iş materialları ilə X4 iş icazəsi tələb olunduğu halda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması onun öz izahatı və işin digər materialları ilə təsdiq edilir. Belə olan halda qərarın qalan hissələrdə dəyişdirilməsi və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130cu maddəsini rəhbər tutaraq Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarı X4 Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətində məhdudlaşdırılması hissəsində dəyişdirilərək həmin hissə ləğv edilsin və qərardan çıxarılsın, inzibati tənbeh vermə haqqında qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-85/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-85/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver