Məhkəmə qərarları › İş №3(021)-850/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-850/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-850/2021 25.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, X1 və X3, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1967-ci il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli,fərdi əməklə məşğul olan, Bərdə rayonu, Əliyanlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 avqust 2021-ci il tarixdə saat 12:00 radələrində Bərdə rayonu Təzə bazarında polisin işçilərinə nəlayiq söyüşlər söyərək, polisin qanuni tələb və göstərişlərinə əməl etməmişdir. Məhkəmə iclasında Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4 izahatında göstərdi ki, Şəxs 15 avqust 2021-ci il tarixdə Bərdə şəhəri, Təzə bazarnda fahişəlikə məşğul olduğu üçün cərimə edilmişdir. 25 avqust 2021-ci il tarixdə polis işçilərinə qarşı nalayiq söyüşlər işlədərək, polis işçilərini təhqir etmişdir. Polis əməkdaşları həmin şəxsi sakitləşdirib Bərdə rayon Polis Şöbəsinə gətirmək istəyərkən, o gəlməkdən qərəzli imtina edərək qanuni tələblərinə tabesizlik göstərib. Polis əməkdaşlarını söyüb təhqir etmişdir. Bu səbəbdən o məcburi şəkildə polis şöbəsinə gətirilib. Məhkəmədən Şəxs qanunla müəyyən edilmiş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 15 avqust 2021-ci il tarixdə saat 12:00 radələrində Bərdə rayonu Təzə bazarında fahişəlik etdiyi üçün polis onun barəsində protokol tərtib etmişdir. 25 avqust 2021-ci il tarixdə Təzə bazara bazarlıq etmək üçün getmiş, polis əməkdaşları ilə rastlaşan zaman əsəbləşib polisləri təhqir edib, onlara qarşı nalyiq söyüşlər söyüb. Səhv edib, əməlindən peşmandır, üzr istəyir. Söz verir ki, bir daha ictimai qaydanı pozmayacaq. Məhkəmədən barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bərdə rayon X11-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı X7 izahatında göstərdi ki, Şəxs 15 avqust 2021-ci il tarixdə Bərdə şəhəri, Təzə bazarda fahişəlikə məşğul olduğu üçün cərimə edilmişdir. 25 avqust 2021-ci il tarixdə onlara qarşı nalayiq söyüşlər işlədərək, onları təhqir etmişdir. Onlar həmin şəxsi sakitləşdirib Bərdə rayon Polis Şöbəsinə gətirmək istəyərkən, o gəlməkdən qərəzli imtina edərək qanuni tələblərinə tabesizlik göstərib. Polis əməkdaşlarını söyüb təhqir etmişdir. Bu səbəbdən o məcburi şəkildə polis şöbəsinə gətirilib. Məhkəmə iclasında şahid Bərdə rayon X11-patrul xidməti bölüyünün polis nəfəri, polisi X5 izahatında göstərdi ki, Şəxs 15 avqust 2021-ci il tarixdə Bərdə şəhəri, Təzə bazarında fahişəlikə məşğul olduğu üçün cərimə edilmişdir. 25 avqust 2021-ci il tarixdə onlara qarşı nalayiq söyüşlər işlədərək, onları təhqir etmişdir. Onlar həmin şəxsi sakitləşdirib Bərdə rayon Polis Şöbəsinə gətirmək istəyərkən, o gəlməkdən qərəzli imtina edərək qanuni tələblərinə tabesizlik göstərib. Onları söyüb təhqir etmişdir. Bu səbəbdən o məcburi şəkildə polis şöbəsinə gətirilib. İş materiallarında olan 1821 saylı 25 avqust 2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu yoxdur. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 25 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Beləliklə, hesab edirəm ki, Şəxs xırda xuliqanlıq və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları və digər sübutlarla tam təsdiq olunduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar