Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-855/2021 25.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X7, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 03.06.2021-ci il tarixdə Bərdə rayonu, Qazaxlar kəndində yaşayan X2 məxsus 36 manat dəyərində artezian kabellərini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31.05.2021-ci il tarixdə Bərdə rayonu, Nazırlı kəndində yaşayan X5 məxsus 84 manat dəyərində artezian kabellərini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17.04.2021-ci il tarixdə Bərdə rayonu, Qazaxlar kəndində yaşayan X1 məxsus 90 manat dəyərində artezian kabellərini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19.06.2021-ci il tarixdə Bərdə rayonu, Şatırlı kəndində yaşayan X3 məxsus 70 manat dəyərində artezian kabellərini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27.07.2021-ci il tarixdə Bərdə rayonu, Qazaxlar kəndində yaşayan X1 məxsus 100 manat dəyərində artezian kabellərini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25.06.2021-ci il tarixdə Bərdə rayonu, Şatırlı kəndində yaşayan X8 məxsus 90 manat dəyərində artezian kabellərini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14.04.2021-ci il tarixdə Bərdə rayonu, Çəmənli kəndində yaşayan X4 məxsus 55 manat dəyərində artezian kabellərini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17.03.2021-ci il tarixdə Bərdə rayonu, Şatırlı kəndində yaşayan X5 məxsus 90 manat dəyərində artezian kabellərini oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-ə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Q ə r a r v e r d i m: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-854/2021 saylı inzibati iş, 3(021)-855/2021 saylı inzibati iş, 3(021)-856/2021 saylı inzibati iş, 3(021)-857/2021 saylı inzibati iş, 3(021)-858/2021 saylı inzibati iş, 3(021)-859/2021 saylı inzibati iş və 3(021)-860/2021 saylı inzibati iş 3(021)-853/2021 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 25 avqust 2021-ci il tarixdə saat 1230-da Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə baxılsın.
Məhkəmə qərarları › İş №3(021)-855/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-855/2021
25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver