Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-859/2025 29.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polı̇ s Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon polis şöbəisində xx.xx.2024-cü il tarixli İXP6486479 nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialı nəzərdən keçirərək belə nəticəyə gəlir ki, inzibati material baxılması üçün aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndəlilməlidir. Belə ki, inzibati mareialdan görünür ki, inzibati xəta haqqında protokol Bərdə rayon polis şöbəisi tərəfindən Şəxs barəsində tərtib olunmuşdur və o, inzibati xətanı Bakı-Qazax yolu 262.2-ci km Bakı istiqamətində hərəkətdə olarkən törədilmişdir. İnzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində protokol tətib edilmiş şəxs Musazadə X1 rayonu, Təkəqaya kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair“ 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göründüyü kimi təsvir olunan hazırki inzibatı xətanın faktiki törədildiyi yer Bərdə rayonu ərazisi deyil və barəsində protokol tərtib edilmiş şəxs Şəxs yaşadığı yer isə Kəlbəcər rayonu, Təkəqaya kəndidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Belə olan halda Azərbaycan Respublikası Konstitusiyasının 62, Cinayət Prosessual Məcəlləsinin 29.1-ci maddələrinin imperativ tələbləri rəhbər tutulmalıdır. Beləliklə Bərdə rayon polis şöbəisinin Şəxs barəsində tərtib edilmiş protokola aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 62, İnzibati Xətalar Məcəlləsinin 110, 129.1.3, 118 və Cinayət Prosessual Məcəllənin 29 və 77-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair“ 04 noyabr 2020-ci il tarixli qərarını rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bərdə Rayon Polis Şöbəsinin Şəxs barəsində tərtib edilmiş protokola baxılması üçün inzibati iş aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-859/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-859/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver