Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-863/2021 25.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 25.08.2021-ci il tarixdə Bərdə rayon Şatırlı kəndində X8 məxsus ümumi dəyəri 90 manat olan artezian quyusunun elektrik naqilini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 14.04.2021-ci il tarixdə Bərdə rayonu Çəmənli kəndində yaşayan X2 məxsus 55 manat dəyərində artezian kabelini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 12.04.2021-ci il tarixdə Bərdə rayonu Nazırlı kəndində yaşayan X6 məxsus 450 manat dəyərində artezian kabelini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 19.06.2021-ci il tarixdə Bərdə rayonu Şatırlı kəndində yaşayan X3 məxsus artezian quyusunun kabelini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 03.05.2021-ci il tarixdə Bərdə rayonu Qazaxlar kəndinin ərazisində artezian quyusunun 150 manat dəyərində kabelini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 17.04.2021-ci il tarixdə Bərdə rayonu Qazaxlar kəndində X1 məxsus artezian quyusunun kabelini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 05.05.2021-ci il tarixdə Bərdə rayonu İmamqulubəyli kəndində suvarma artezianın 100 m uzunluğunda kabelini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 03.06.2021-ci il tarixdə Bərdə rayonu Qazaxlar kəndində yaşayan X4 məxsus 36 manat dəyərində artezian quyusunun kabelini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10.06.2021-ci il tarixdə Bərdə rayonu Şatırlı kəndində Hümbətov Əjdərə məxsus 180 manat dəyərində (60 metr) artezian kabelini gizli olaraq oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 27.03.2021-ci il tarixdə Bərdə rayonu Qazaxlar kəndində artezian quyusunun 24 m uzunluğunda elektrik kabelini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 21.04.2021-ci il tarixdə Bərdə rayonu Nazırlı kəndində suvarma artezanın 30 m uzunluğunda elektrik naqilini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 17.03.2021-ci il tarixdə Bərdə rayonu Nazırlı kəndində quyusundan 90 manat dəyərində kabelini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 31.05.2021-ci il tarixdə Bərdə rayonu Nazırlı kəndində yaşayan X5 məxsus 84 manat dəyərində artezian kabelini oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-nə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-861/2021, 3(021)-862/2021, 3(021)-863/2021, 3(021)-864/2021, 3(021)-865/2021, 3(021)-866/2021, 3(021)-867/2021, 3(021)-868/2021, 3(021)-869/2021, 3(021)-870/2021, 3(021)-871/2021, 3(021)-872/2021, 3(021)-873/2021 saylı inzibati işlər bir icraatda baxılsın. İşə 25 avqust 2021-ci il tarixdə saat 16:50-də Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın. H a k i m Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-863/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-863/2021
25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver