Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-863/2022 10.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X3 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirаkı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 21 yanvar 2022-ci il tarixli, MN № ******* saylı qərarından şikayətçi X6 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 21 yanvar 2022-ci il tarixli, MN № ******* saylı qərarı ilə X6 İXM-in 274-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqına iş üzrə icraata aparılan X6 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2022-ci tarixli qərarı qanuna ziddir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun yaşayış həyətinə baxış keçirilməmiş, baxış keçirilməidiyi halda onun həyətinin dərmanlı olduğu qeyd olunmuş, həyətin dərmanlı olub olmaması müəyyənləşdirilməmişdir. Halbu ki, onun həyəti dərmanlı olmamış, qonşusunun ev heyvanlarının məhv olmasında onun heç bir günahı və səhvi yoxdur. Onun barəsində yazılmış cərimə tam qanunsuz və əsassızdır. Hesab edir ki, şikayətinin əsaslandırdığı hallara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisinin onun barəsində tərtib etdiyi MN № ******* saylı, xx.xx.2022-ci tarixli qərar ədalətsiz, qərəzli və qeyri obyektiv olduğu üçün onun icraatına xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X6 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək əlavə olaraq göstərmişdir ki, hüquqi savadı olmadığından və qərar ona gec verildiyindən inzibati qərardan gec şikayət vermişdir. Odur ki, şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və şikayətə mahiyyəti üzrə baxılaraq xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqına qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin nümayəndəsi X7 izahatında göstərmişdir ki, X6 ilə qonşusu X10 arasında mübahisə olmuş, Mehman Səmədov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək ona məxsus toyuqların və hindquşlarının X6 tərəfindən zəhərlənib öldürüldüyünü bildirmiş, bundan sonra Bərdə rayon Polis Şöbəsi tərəfindən X6 barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə göndərilmişdir. Bundan sonra X3 barəsində 21 yanvar 2022-ci il tarixdə MN1120127 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsi tərəfindən heç bir araşdırılma aparılmamış, yalnız Bərdə rayon Polis Şöbəsinin təqdim etdiyi material əsasında qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında MN № 11201270 saylı, xx.xx.2022-ci tarixli qərarın surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixli, MN № ******* saylı protokolla “xx.xx.2021-ci il tarixdə Bərdə rayonu Böyük Göyüşlü kəndində səhər saatlarında X11 məxsus 150 manat dəyərində 4 ədəd toyuğu və 4 ədəd hind quşunu qəsdən zəhərləyərək tələf etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsi tərəfindən məhkəməyə təqdim olunmuş Bərdə rayon Polis Şöbəsi tərəfindən ünvanlanmış 24.112021-ci il tarixli, 138-3-9128 nömrəli məktubun surətindən görünür ki, Bərdə rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM_ nin 274-cü maddəsində nəzərədə tutulmuş inzibati xəta törətmiş, Bərdə rayonu Göyüşlü kəndində yaşayan X3 barəsində toplanmış inzibati xəta haqqında material Azərbaycan Respublikası İXM- nin 43 və 103-cü maddələrinə əsasən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə göndərilmişdir. Həmin inzibati materiala əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin TB- nin baş təhqiqatçısı polis mayoru Vüsal Bayramov tərəfindən Bərdə rayon Polis Şöbəsinin rəisinə verilmiş raportun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayan X12 DİN-nin 102 xidmətinə müraciət edərək ona məxsus 10 ədəd hind quşunun, 4 ədəd toyuğun qonşusu Mehparə adlı şəxs tərəfindən tələf edilməsi barədə məlumat vermiş və araşdırma parılaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X6 heç bir səbəb göstərmədən inzibati protokola və əlavə edilmiş sənədlərə imza etməkdən imtina etmişdir İnzibati materiala əlavə edilmiş Bərdə rayon X15 Bölməsinin baş təhqiqatçısı polis mayoru X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, X10 müraciəti əsasında toplanmış HK-1-3476 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati materiala əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 icraata başlamaq haqqında 19 may 2022-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İXM-in 274-cü maddəsinə əsasən, heyvanlara rəhimsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, Bərdə rayon Polis Şöbəsi tərəfindən araşdırılma aparılıb cinayət işinin başlanması rədd edildikdən sonra toplanmış material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə göndərildikdən sonra idarə tərəfindən heç bir araşdırılma aparılmamış, X11 məxsus ev heyvanlarının hansı səbəbdən tələf olması, heyvanların tələf olmasında X3 təqsiri olub olmaması aydınlaşdırılmamış, iş üzrə müvafiq ekspertizalar aparılmadan yalnız Bərdə rayon Polis Şöbəsi tərəfindən verilmiş sənədlər əsasən X3 500 manat cərimə olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Göründüyü kimi, X3 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda X3 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci tarixli, MN № ********* saylı X3 500 manat məbləğində cərimə edilməsi barədə qərarı ləğv edilməli, X3 barəsində İXM-in 274-cü mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci tarixli, MN № ********* saylı qərarı ləğv edilsin. X3 barəsində İXM-in 274-cü mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-863/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-863/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver