Məhkəmə qərarları › İş №3(021)-864/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-864/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-864/2022 09.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, X1, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin nümayəndəsi X7 iştirakları ilə, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsi tərəfindən qəbul edilmiş 27 may 2022-c il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 vermiş olduğu şikayət Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Qida X3 Regional Bölməsi tərəfindən qəbul edilmiş 27 may 2022-c il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutula inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2000 manat məbləğində inzibati tənbeh növ tətbiq edilmişdir. X11 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliy tərəfindən barəsində inzibati xəta haqqında tərtib edilmiş 27 may 2022-ci il tarixli MN ******* nömrə inzibati tənbeh vermə haqqında qərar obyektiv və ədalətli olmadığına görə qərarın etibarsız hesa edilməsini və iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X11 şikayətdə göstərdiklərini bir daha təsdiq edərək göstərmişd ki, 2014-cü il tarixdən "xxxx" MMC-də, 2021-ci il tarixdən Bərdə şəhərində yerləşən "xxxx" MMC-d mağaza müdiri vəzifəsində çalışmışdır. 24 fevral 2022-ci il tarixdə saat 12-13 radələrində Bərd şəhəri, Bakı küçəsində yerləşən "xxxx" adlanan marketdə Məmməd Məmmədov “X20” adlana kolbasa almışdır. Həmin kolbasa 24 fevral 2022-ci il tarixdə endirim kompaniyasına düşmüşdü Həmin kolbasanın qiyməti əvvəl 11,65 manat olmuş, endirimə düşdükdən sonra qiyməti 4,9 manata düşmüşdür. Məmməd Məmmədov həmin “X20” adlanan kolbasanı aldıqdan sonra kassay yaxınlaşmış, kolbasanın qiyməti kassada 6,99 manat göstərmiş və çekdə də həmin qiymə göstərilmişdir. Çekdə olan qiymətlə piştaxtada olan həmin kolbasanın qiyməti arasında fər olmuşdur. Belə ki "xxxx" MMC-nin piştaxtasında olan qiymət 4,99 manat olduğu halda, kassada v çekdə olan qiymət 6,99 manat təşkil etmişdir, 2 manat qiymət fərq olmuşdur. O, bu fərqi yaranmağını "xxxx" MMC-yə 5-6 ay əvvəl təqdim edilmiş kassa aparatlarının proqramında ola çatışmazlıq ilə əlaqələndirmişdir. O, “Bazarstor”un idarə işlər və regional şöbənin müdiri il danışmış, həmin şəxslər ümumi sistemdə problem olduğunu bildirmişdir. Məmmədov Məmmədo “Bazarstor”un piştaxtasındakı “X20” adlanan kolbasanın endirim qiyməti ilə kassa aparatında v çekdə göstərilən qiymət fərqinin olduğunu mağazanın adminstratoru Şamxala bildirmiş, Şamxal il həmin problemin aradan qaldıracağını bildirmiş, qiymət fərqinin ödənilməsini təklif etmişdir. Pərvi Cabbarzadə izahatına əlavə olaraq bildirmişdir ki, “X20” adlanan kolbasa Halal Dad adlanan şirkət məxsus olmuşdur, aralarındakı münasibətlər bildiyi qədər müqaviləyə əsaslanmış, həmin məhsuld qiymət endiriminin Halal Dad şirkətinin özü onlara bildirmiş və endirimi qiymətin müəyyənləşdirmişdir. Qanunsuz fəaliyyət göstərməmiş vaxtı-vaxtında dövlətə vergi ödəmişdi Şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclаsındа Qida və Təhlükəsizlik agentliyinin nümayəndəsi izahatında bildirmişdir k müəssisə barəsində aidiyyatı üzrə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Daha sonra Qid təhlükəsizlik agentliyinə məlumat verilmiş və yoxlama keçirilmişdir. Yoxlamanın nəticələri üzrə 0 aprel 2022-ci il tarixli qərarla müəyyən olunur ki, mal və satış qiymətlərinin müəyyənləşdirilməsində başqa bir sıra vaxtı keçmiş məhsullar da tapılmışdır. Bundan sonra tərəfimizdən məhdudlaşdırıc tədbirlərin tətbiqi barədə qərar qəbul olunaraq supermarketdə satışa təqdim edilən ərzaq məsullar içərisində insan istehlakı üçün yararlılıq müddəti bitmiş ümumi çəkiləri 19,992 kq olan məhsulları satışı dayandırılmışdır Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkild araşdırıb hesab edir ki, X6 inzibati xəta törətməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi il əlaqədar olaraq qanunvericiliyin tələbləri pozulmadığından, X6 şikayəti təmin edilə bilməz. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 17 dekabr 1990-cı ild doğulmuşdur. İş materiallarında olan AA1315750 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 22 noyabr 1994-cü ildə doğulmuşdur. İş materiallarında olan 003 nömrəli xidməti vəsiqəsinin surətindən görünür ki, X12 qid təhlükəsizliyinə nəzarət sektorunun baş məsləhətçisi vəzifəsində çalışır. İş materiallarında olan Bərdə rayon prokuroru, kiçik ədliyyə müşaviri Rəşad İsgəndəro tərəfindən qəbul olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda görünür ki, İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb və əsas, fiziki şəxs X müraciəti və onun əsasında aparılmış araşdırma zamanı Azərbaycan Respublikasının İnziba Xətalar Məcəlləsinin 220.2 və 447.0.1-ci maddələrində nəzərdə tutulan xətaların əlamətlərini olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması olmuşdur. Qərarda görünür ki, Hüquqi şəxs "xxxx" MMC(VÖEN **********) - onu təmsil etmək və onun adından qərarla qəbul etmək səlahiyyətinə malik olan nümayəndəsi mağaza müdiri X11 həmin hüquqi şəxsi xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət edərək, 24 fevral 2022-ci il tarixdə "xxxx MMC-də “X20 Tam” əmtəə nişanlı 1 kq ölçüdə 4,99 manat məbləğində piştaxdada qiyməti qey edilmiş kolbasa məhsulunun qiymətinin kassa aparatında 6,99 manat məbləğində göstərilməsin nəzarət etməmiş, habelə, "xxxx" MMC-də yararlıq müddəti bitmiş çəkisi 30 qram olan 1 ədə “Qorçitsa Stolovaya” nişanlı süfrə xardalı, hər birinin çəkisi 0.244 kq olan 4 ədəd, hər birinin çəkis 0.246 kq olan 3 ədəd, çəkisi 0.248 kq olan 1 ədəd olmaqla, cəmi 8 ədəd “Best Beef’ nişanlı sosiska hər birinin çəkisi 4 kq olan 2 ədəd “İsmayıllı Pendir” əmtəə nişanlı pendir, çəkisi 4 kq olan 2 ədə pendir qablaşdırmasının üzərində heç bir markalanma və etiketlənmə aparmamış, həmin pendirlər orqanoleptik baxış keçirilmis və həmin məhsulun rənginin, qoxusunun kəskin dəyişildiyi, 4 ədə qabda olan hər biri 500 qram olan “Gülüm” nişanlı soyudulmuş və dondurulmuş şabalıdların etike və markalanma aparılmadan satışının həyata keçirilməsinə şərait yaratmış, nəticədə 200,99 (iki yü manat, doxsan doqquz qəpik) manat məbləğində istehlakçıları aldatmış, bununla da Azərbayca Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.1-ci maddələrində nəzərdə tutulmu inzibati xətanı törətmişdir. Nəticədə xx.xx.1990-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbayca Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, məhkumluğu olmayan, Bərdə şəhəri Bak küçəsində yerləşən "xxxx" MMC-nin mağaza müdiri vəzifəsində çalışan, ünvan 1 ünvanınd qeydiyyatda olmaqla Bərdə şəhəri, Bakı küçəsində yaşayan X11 barəsində Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2, 447.0.1-ci maddələri ilə inzibati xəta haqqında i üzrə icraata başlanılmışdır İş materiallarında olan Bərdə rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X19 X Bölməsinin rəisi İrfan İsgəndərova ünvanladığı 11 mart 2022-ci il tarixli məktubunda bildirmişdir k ünvan 4 ünvanında yaşayan X9 ərizə ilə rayon prokurorluğuna müraciət edərək ünvan 5 ünvanınd yerləşən "xxxx" MMC-dən şikayət etmişdir. Daxil olmuş məlumat əsasında rəhbərlik etdiyi qurum tərəfindən Bərdə şəhəri, Bakı küçəsi ünvanında yerləşən “Bazarstore “ MMC-də sanitariy normalarına riayət olunub-olunmaması, istifadəyə yararsız yeyinti məhsullarının, bitki və heyva mənşəli məhsulların olub-olmamasını, həmin subyektə məxsus binalarda, qurğularda, sahələrdə ərazilərdə qida təhlükəsizliyi ilə bağlı 9normalara riayət edilib-edilməməsi, qida məhsullarını dəyişdirilməsi və ya geri çağırılması qaydalarına əməl olunub-olunmaması, yeyinti məhsullarını qablaşdırılması, etiketləşdirilməsi, daşınması və saxlanması qaydalarına əməl olunub–olunmamas buraxılması və ya satılmaaı qadağa olunmuş mallar satılıb-satılmaması barədə müvafiq araşdırm aparılmasını, toplanmış materialların hüquqi qiymət verilməsi üçün rayon prokurorluğun göndərilməsini xahiş etmişdir. İş materiallarında olan Qida X4 Bölməsinin rəisi X15 rayon prokuroruna ünvanladığı 01 iyu 2022-ci il tarixli məktubundan görünür ki, vəzifəli şəxs X11 tərəfindən istehlak xüsusiyyətinə v keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına yol verildiyi üçün barəsində Azərbayca Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə 2000 (iki min) manat məbləğd inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X2 regional bölməsinin rəisi X8 inziba tənbeh vermə haqqında 27 may 2022-ci il tarixli, MN ******* saylı qərarın surətindən görünür k Bərdə şəhəri, Bakı küçəsi "xxxx" MMC ərzaq mağazasında mal satan və əhaliyə xidmət göstərə şəxslər tərəfindən malın istehlak xüsusiyyətinə və keyfiyyətinə dair istehlakçıların az miqdard aldadılması müəyyən edilmişdir. Nəticədə vəzifəli şəxs X11 Azərbaycan Respublikasının İnziba Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə gör barəsində 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. İş materiallarında olan yoxlamanın nəticələri üzrə qərardan görünür ki, supermarketin ticarə zalına keçirilən baxış zamanı süd və süd məhsullarının satışının həyata keçirildiyi soyuducud istehsal tarixi 01 sentyabr 2021-ci il olan, yararlılıq müddəti 01 mart 2022-ci il tarixində bitən çəkis 30 qram olan 1 ədəd "Qorçitsa Stolovaya" nişanlı süfrə xardali, istehsal tarixi 13 fevral 2022-ci olan, yararlılıq müddəti 15 mart 202-ci il tarixində bitin hər birinin çəkisi 0,244 kq olan 4 ədəd, hə birinin çəkisi 0,246 kq olan 3 ədəd, çəkisi 0, 248 kq olan "Best Beet" nişanlı ocaq sosiskalar istehsal tarixi 01 dekabr 2022-ci olan, yararlılıq müddəti 01 mart 2022-ci il tarixində başa çata çəkisi 4 kq olan 1 ədəd "İsmayıllı Pendir" nişanlı pendir, istehsal tarixi 06 dekabr 2021-ci olan yararlılıq müddəti 06 mart 2022-ci il tarixində başa çatan çəkisi 4 kq olan 1 ədəd "İsmayıllı Pendir nişanlı pendir aşkar edilmişdir. Anbardaki soyuducu kamerada aparılan baxış zamanı hər birini çəkisi 4 kq olan 2 ədəd pendir qablaşdırmasının üzərində heç bir markalanma və etiketləm aparılmamış, həmin pendirlerə orqanoleptik baxış keçirilmiş və həmin məhsulun rənginin qoxusunun kəskin dəyişildiyi müəyyən edilmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetini 2014-cü il 03 aprel tarixli 94 sayli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respubliasında tiacarə ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın 4.6-ci bəndinin tələblar pozulmuşdur) Supermarketdə 4 ədəd hər biri 500 qram olan "Gülüm" nişanlı soyudulmuş ve dondurulmu şabalıdların etiket və markalanma aparılmadan satışının həyata keçirildiyi müəyyən edilmişd (Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 03 aprel tarixli 94 saylı Qerar ilə təsdi edilmiş "Azərbaycan Respubliasında tiacarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nı 4.7-ci bəndinin tələbləri pozulmuşdur). Bununlada sahibkar tərəfindən "Yeyinti məhsulları haqqında Azərbaycan Respublikası Qanununun 5-ci və 11-ci maddələrinin tələbləri pozulmuşdu Supermarketin satış sahəsinin döşəməsi və tavani asan yuyulabilen materiallarla üzlənsə də döşəməsinin bəzi hissələrində tamlığı pozulan sahələr mövcuddur. Həmçinin qeyd olunan sahəni divar səthlərinin hamar olmamaması, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərini aparılmasını mümkünsüz edir (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 03 noyab 2020-ci il tarixli 19 saylı qərarı ilə təsdiq edilmiş 5 nömrəli "Qida məhsulları üzrə gigiyena tələblərin dair Qaydalar"ın 2 nömrəli "Qida obyektlərinə dair gigiyena"nin 2.0.1-ci bəndi) Supermarketin ət v süd məhsullarının satışı sahəsində bu məhsulların doğranılması üçün istifadə olunan avadanlıqları yuyulması, təmizlənməsi və dezinfekiyası üçün korroziyaya davamlı materiallardan qurulmuş asanlıqla təmizlənən və axar isti və soyuq su ilə təchiz olunmuş yuma sahələri təşkil edilməmişd (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 03 noyabr 2020-ci il tarixli 19 saylı qərar ilə təsdiq edilmiş 5 nömrəli "Qida məhsulları üzrə gigivena tələblərinə dair Qaydalar'ın 2 nömrə "Qida obyektlərinə dair gigiyena"nin 2.0.6-ci bəndi). Supermarketin unlu qənnadı məmulatları istehsalı və satışı sahəsində çalışan işçilərin şəxsi gigiyena qaydalarına əməl edilməsi məqsədil qeyd olunan sahələrin hər birində əl yuma çanağı quraşdırılsa da, əl qurutma vasitələri ilə təmi edilməmişdir (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 03 noyabr 2020-ci il tarix 19 sayli qərarı ilə təsdiq edilmiş 5 nömrəli "Qida məhsulları üzrə gigiyena tələblərinə da Qaydalar'ın 2 nömrəli "Qida obyektlərinə dair gigiyena"nin 1.4-cü bəndi). Supermarketd dezinseksiya işləri aparılmamışdır (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 0 noyabr 2020-ci il tarixli 19 saylı qərarı ilə təsdiq edilmiş 5 nömrəli "Qida məhsulları üzrə gigiyen tələblərinə dair Qaydalar"ın 2 nömrəli "Qida obyektlərinə dair gigiyena"nin 88-ci bəndi) Supermarketin anbar sahesinin döşəməsi hamar olmaması asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlerinin aparılmasının təmin edilmədiyi, tavanın isə tozun, çirkin toplanmas kondensatin azaldılması, arzuolunmaz kifin çoxalması, toz və kənar hissəciklərin iş yerlərin düşməsinin qarşısını alacaq formada qurulmadığı müəyyən edilmişdir (Azərbaycan Respublikas Qida Təhlükəsizliyi Agentliyinin 03 noyabr 2020-ci il tarixli 19 saylı qərarı ilə təsdiq edilmiş 5 nömrə "Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar'ın 2 nömrəli "Qida obyektlərinə da gigiyena"nin 2.0.1 və 2.0.2-ci bəndləri). Anbar divarlarının hamar və təmirli olmaması, asa təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının təmin edilmədiyi müəyyə edilmişdir (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 03 noyabr 2020-ci il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş 5 nömrəli "Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar"ın nömrəli “Qida obyektlərinə dair gigiyena"nin 2.0.1-ci bəndi). Anbarda saxlanılan un məhsullar divara bitişik formada saxlanılır (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 0 noyabr 2020-ci il tarixli 19 saylı qərarı ilə təsdiq edilmiş 5 nömrəli “Qida məhsulları üzrə gigiyen tələblərinə dair Qaydalar"ın 2 nömrəli "Qida obyektlərinə dair gigiyena"nin 9.2.1-ci bendi). Anbard istifadə olunan rəflərin müvafiq qulluq və təmizliyə imkan yaradan formada qurulmadığı müəyyə edilmişdir (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 03 noyabr 2020-ci il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş 5 nömrəli "Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar"ın nömrəli "Qida obyektlərinə dair gigiyena"nin 9.2.1-ci bəndi). Bununlada sahibkar tərəfindən "Sanita epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsini tələblə pozulmuşdur. İş materiallarında olan məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə 17 mart 2022-ci il tarix qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC-yə məxsus Bərdə rayonu, Bərdə şəhəri, Bak küçəsinde fəaliyyət göstərən "Bazar Store" supermarketdə satışa təqdim edilən ərzaq məhsulla içərisində insan istehlakı üçün yararlılıq müddəti bitmiş ümumi çəkiləri 19,992 kq olan məhsulları satışının dayandırılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal, İnkişaf və Nəqliyyat nazirliy "xxxx" MMC-nin Bərdə poçt filialının Qida X4 Bölməsinin rəisinə ünvanladığı 15 iyul 2022-ci il tarix BPF12/89 saylı məktubundan görünür ki, 04 iyun 2022-ci il tarixdə Bazarstore MMC-n ünvanlanmış SS794629967AZ saylı sifarişli,xəbərnaməli məktub ərazinin poçtalyonunun izahatın əsasən 19 iyul 2022-ci il tarixdə Forma-8 kitabına imza etdirilərək orada işləyən əməkdaş verilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida X Regional Bölməsi tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbe vermə haqqında qərarına əsasən vəzifəli şəxs X11 Azərbaycan Respublikasının İnzibati Xətala Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsind 2000( iki min) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Barəsində inzibati iş üzr icraata aparılan X11 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Qida X3 Regiona Bölməsi tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh verm haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, yeyin məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsind texniki normativ hüquqi aktların pozulması inzibati məsuliyyətə səbəb olur. Fiziki şəxslər əl manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərə şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə v ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması inzibati məsuliyyətə səbəb olur. Fizik şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatda iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğd cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə da 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağ səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasında çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qoruma qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insa hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayə inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarını mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq v azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbayca Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını v azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyat mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühit idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaları qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının v azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısını alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inziba xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmi qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs ö təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsir olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edə şəxslər məlumatlandırır. Həmin Məcəllənin 112.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən iş üzr icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirak olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Həmin Məcəllənin 112.1.5-ci maddəsinə əsasən, işin baxılmasında iştirak edən şəxslər onların hüquqları və vəzifələri izah olunur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı v yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və y digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd aşağıdak hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsə verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birin şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafi hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inziba xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barəd məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxu belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inziba xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyət olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslan bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatla maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmi şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, eksperti rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarl müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyekti surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmi qüvvəsi yoxdur. Göründüyü kimi, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-c maddəsinin tələblərini pozduğundan X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2000 ( iki min) manat məbləğində cərimə inzibati tənbe tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, X6 Azərbaycan Respublikasını İnzibati Xətalar Məcəlləsinin 447.0.1-c maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə gör 2000 (iki min) manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası Qid Təhlükəsizlik Agentliyi tərəfindən tərtib edilmiş 27 may 2022-ci il tarixli MN ******* nömrəli inziba tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquq şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-c maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuro isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə ola və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri il müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılma üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida X3 Regional Bölməsi tərəfindən qəbul edilmiş 27 may 2022-c il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab edilməkl dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan sonra 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar